Icma.az
close
up
RU
Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşdü FOTO

Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşdü FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın inzibati binasında "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov və bir qrup 44 günlük Vətən müharibəsi qazisi ilə görüşüb. 

Redaktor.az xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsi və hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkən polkovnik Cəlil Xəlilov, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Təşkilat sədri bildirib ki, məhz bu zəfər dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ciddi şəkildə artmasına, siyasi mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub.

Təşkilat sədri 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyin zəruriliyinə toxunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli, bu qüvvələrin, onların məkirli məqsədlərinin ifşası prosesində aktiv iştirak etməlidirlər.

Görüşdə iştirak edən 44 günlük Vətən müharibəsi qaziləri də çıxış edərək onları düşündürən məsələlərə toxunub, hər zaman olduğu kimi, bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər.

Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see199

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see173

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri