Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat olub.
BAKU.WS-in məlumatına görə, Vüsal Abdullayev Xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib.
Bu barədə V.Abdullayev özü “Facebook” səhifəsində məlumat verib: “Bir həftədir ki, Bakidakı işimdən-Mərkəzi Klinik Xəstəxanadan öz istəyimlə azad olundum. Buna səbəb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağımdır. İlk növbədə Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə və həkim-personal yoldaşlarıma minnətdarlığımı bildirirəm.
10 il ərzində sizinlə işləmək olduqca xoş idi. Yeni vəzifəmdə başlıca amalım, xalqıma xidməti Dövlətimiz və Ölkə Rəhbərliyimizin dəst-xətti ilə davam etdirmək və göstərilən böyük etimadı doğrultmaqdır. Bundan sonrakı həkimlik fəaliyyətimi Cəlilabad rayonunda davam etdirərək, regionumuzun səhiyyə sahəsinə öz tövhəmizi vermək, xəstəxanamızı peşəkar kadrlarla təmin etmək və gələcək kadrları doğru yetişdirmək istiqamətində olacaq”.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva faktı təsdiqləyib.
Baxış sayı:217
Bu xəbər 13 İyul 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















