Icma.az
close
up
RU
Cəlilabad sakini xəstə övladına əlillik dərəcəsi verilməməsindən ŞİKAYƏTÇİDİR Rəsmi qurumları ittiham edən şikayətçiyə CAVAB

Cəlilabad sakini xəstə övladına əlillik dərəcəsi verilməməsindən ŞİKAYƏTÇİDİR Rəsmi qurumları ittiham edən şikayətçiyə CAVAB

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Cəlilabad rayon sakini Cəbiyev Zahir Mehdi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məltubu daxil olub. Z.Cəbiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının müdiri Namiq Həsənov və müavini Yusif İsmayılovdan şikayətçidir:

“Mən, Cəbiyev Zahir Mehdi oğlu, yazaraq bildirirəm ki, oğlum Cəbiyev Kamal 10 ildən artıq əlillik müavinəti alıb. Uşağın vəziyyəti, halı göz qabağındadır.

Hazırda övladımın haqqı yuxarıda adlarını çəkdiyim həkimlər - Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının müdiri Namiq Həsənov və müavini Yusif İsmayılov tərəfindən yeyilir. Oğlumda anadan gəlmə xəstəliklər var. Diaqnozları bunlardır: sinir köklərinin və kələflərinin zədələnməsi, sol bazu kələfinin doğuş travması səbəbilə pleksopatiyası, yuxarı ətrafın monoplegiyası və sol qolun parezi.

Adlarını çəkdiyim həkimlər uşağın xəstəliklərini  düzgün yazmırlar, bu səbəbdən də ona əlillik verilmir. Hazırda oğlumu heç bir halda müalicə etdirə bilmirəm, maddi imkanım yoxdur. Məndən rüşvət istəyirlər".

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının müdir müavini Yusif İsmayılovla əlaqə saxladıq. O, deyilənləri təkzib etdi: "Əvvəla, vətəndaş tamamilə səhv mövqedədir. Cəbiyev Kamal əvvəllər sosial pensiya ilə təmin olunub. 26.02.2024-cü ildə, 28.06.2023-cü ildə və 21.05.2024-cü ildə, yəni 3 dəfə TSEK-ə göndərilib. Hər dəfəsində də imtina gəlib. Bizim işimiz sadəcə sənədləri sistemə yerləşdirmək olub. Biz əlillik təyin edən qurum deyilik.

Daha sonra vətəndaş uşağını əyani müayinə üçün TSEK-ə aparıb. Bu zaman da ordan verilən cavab uşağın valideynini qane etməyib. Çünki imtina verilib.

Dəfələrlə Cəbiyev Zahir Mehdi oğluna bildirmişik ki, gətir, oğlunu yenidən müayinə edək, bəlkə uşağın vəziyyəti ağırlaşıb. O isə qərəzli şəkildə "yox gətirmirəm, sizlər mənim uşağımın əlilliyini vermirsiniz", - deyir.

Məsələ ilə bağlı Tibbi-Sosial Ekspert Komisiyasından da bildirdilər ki, Cəlilabad rayon sakini 2013-cü il təvəllüdlü Cəbiyev Kamal Zahir oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma 88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

"Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər", - deyə qurumdan əlavə olunub.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri