Icma.az
close
up
RU
Salyan sakini onkoloji xəstə olan həyat yoldaşına əlillik verilməməsindən ŞİKAYƏTÇİDİR

Salyan sakini onkoloji xəstə olan həyat yoldaşına əlillik verilməməsindən ŞİKAYƏTÇİDİR

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Salyan rayonu, İkinci Varlı kənd sakini Məmiyev Hidayət Arif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimləri onkoloji xəstə olan həyat yoldaşına qarşı haqsızlıq edirlər:

“Mən, Məmiyev Hidayət Arif oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2024-cü ildə həyat yoldaşım Məmiyeva Gültəkin Qabil qızını güclü qanaxma ilə xəstəxanaya apardım. Şirvan Mərkəzi Xəstəxanasında Kolonoskopiya etdikdən sonra bağırsaqda şiş olduğu aşkarlandı. Bizi Bakı şəhəri M.A.Topcubaşov adına xəstəxanaya göndərdilər. Orada da yernidən Kolonoskopiya etdilər. Daha sonra biopsiya analizi götürdülər və bizi Milli Onkologiya Mərkəzinə göndərdilər. Burada həyat yoldaşım 4 dəfə kimyaterapiya olundu. 26 gün şüa verdilər. 3 aydan sonra isə əməliyyat edib, şişi götürdülər.

2025-ci ildə isə 2-ci dəfə əməliyyat edərək, bağırsaqları yerinə tikdilər. Orada bizə bəzi sənədlər verdilər ki, bunu Salyan Rayon Mərkəzi Xəstəxanasına təqdim edin, xəstəyə əlillik dərəcəsi müəyyən etsinlər.

Xəstəxanaya sənədləri təqdim etdikdən sonra bizi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına göndərdilər. Bildirdilər ki, sənədləriniz sistemə vurulacaq.

2025-ci ilin fevral ayında vurmalı idilər. Həmin hadisədən 8 ay keçməsinə baxmayaraq, hələ də xəstəxana sənədləri sistemə vurmayıb. Xəstəxanadan deyirlər ki, problemi TƏBİB yaradır, xəstənin məlumatlarını sistemə vurmur.

Bir müddət sonra zəng vurub Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çağırdılar. Bildirdilər ki, xəstə yenidən müayinə olunmalıdır. Xəstə də ikinci dəfə əməliyyat olunduğu üçün o müayinəni etmək olmaz. 7 ay gecikdirdilər ki, əlillik təyin edilməsin.

Yoldaşım ağır onkoloji xəstədir, müalicələri olduqca bahadır. Özüm şəkər xəstəsiyəm. Belə bir haqsızlıqla qarşılaşmışıq”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri