Cəlilabadda keçirilən fləşmob sakinlərin marağına səbəb olub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 15 may, AZƏRTAC
Səhiyyə Nazirliyi və nazirliyin Cəlilabad Tibb Kolleci tərəfindən təşkil olunmuş “İlk tibbi yardım – İkinci həyata addım” adlı maarifləndirici aksiya və fləşmob rayon sakinlərinin böyük marağına səbəb olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi əhalini fövqəladə hallarda düzgün və vaxtında reaksiya verməyə hazırlamaq, ilk yardım bacarıqlarını mümkün qədər çox insana aşılamaqdır.
Aksiya zamanı elektrik vurması, epilepsiya tutması, güclü qanaxma, yanıqlar, zəhərlənmə və digər təxirəsalınmaz vəziyyətlərdə ilkin tibbi yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.
Kollecin tələbələri ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını canlı şəkildə göstərib, iştirakçıların arterial təzyiq və nəbz ölçmələrini aparıblar. Aksiyanın sonunda bütün iştirakçılara ilk yardım qaydalarını əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb.
Fleşmobda tibb kollecinin tələbələri və könüllülər müxtəlif fövqəladə situasiyalarda hər kəsin edə biləcəyi sadə, amma həyati vacib addımları ritmik və vizual formada nümayiş etdiriblər. Bu format sayəsində məlumat daha asan yadda qalır və geniş kütləyə çatır.
Qeyd edilib ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 May 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















