“ABŞ hələ də mesajımıza cavab verməyib”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“ABŞ hələ də İranın mesajına cavab verməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Al Jazeera” telekanalına müsahibəsində deyib.
O, ölkəsinin qanuni tələblərini özündə əks etdirən cavabın ABŞ tərəfinə aydın və birmənalı şəkildə çatdırıldığını, lakin Vaşinqtonun hələ də buna cavab vermədiyini söyləyib.
Qalibaf vurğulayıb ki, Hörmüz boğazının açılması üçün ABŞ İranın irəli sürdüyü yeddi şərtin hamısını yerinə yetirməlidir: “Ölkəmizin qanuni tələblərini ehtiva edən cavabı ABŞ tərəfinə aydın şəkildə çatdırdıq. Lakin ABŞ hələ də İranın mesajına rəsmi və aydın cavab verməyib”.
Spiker Vaşinqtonla razılığın əldə olunmamasının əsas səbəbi kimi ABŞ-yə qarşı dərin etimadsızlığı və qarşı tərəfin həddindən artıq tələblər irəli sürməsini göstərib.
O, ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni bir hücum qərarı verəcəyi təqdirdə yenidən məğlubiyyətə uğrayacağını bildirib, ABŞ-nin Rusiya Prezidenti Vladimir Putindən birbaşa İranla danışıqlara vasitəçilik etməsini istədiyini dilə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 12 Noyabr 2026 02:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















