Cəlilabadda Zəfər Günü münasibətilə ağaclar əkilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəlilabad, 4 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Cəlilabad rayonunda ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbir çərçivəsində Cəlilabad rayonunda yerləşən “Nar Bağı” ailəvi-uşaq parkının ərazisində 150 ədəd zeytun və nar ağacı əkilib, yeni salınan yaşıllıqlar suvarılıb.
Ərazidə yaşıllıqların qorunması və ağacların inkişafının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb, əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilib.
Müxbir - İlkin Adıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Noyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















