Çelsi futbolçuları məşq bazasından təxliyə olundular
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Çelsi" klubu xoşagəlməz hadisə ilə üzləşib.
QOL.az xəbər verir ki, London təmsilçisinin futbolçuları və texniki heyəti kimyəvi yanğın təhlükəsi səbəbindən məşq bazasını tərk etməli olublar.
Klubun əsas komandası və işçiləri kompleksin üzgüçülük hovuzunda olarkən həyəcan siqnalı verilib. Onlar Kobham bazasının əsas binasını boşaldıblar. Yanğın və Xilasetmə Xidməti araşdırma aparmaq üçün hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər həyəcan siqnalının yalan olduğunu təsdiqlədikdən sonra oyunçulara və heyətə əşyalarını götürmək üçün binaya qayıtmağa icazə verilib.
Qeyd edək ki, "Çelsi" bu gün İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində "Sanderlend"lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 25 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















