Icma.az
close
up
RU
“Çelsi” maksimum nəticə ilə irəliləyir!

“Çelsi” maksimum nəticə ilə irəliləyir!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Martın 13-də keçirilən oyunlarla Konfrans Liqasında (KL) 1/8 final arxada qaldı. Bu mərhələdə bir həftə ərzində baş tutan matçlardan sonra əksər favoritlər 1/4 finala adladı.

Vahid liqa mərhələsinin yekun cədvəlində ilk 8 yeri tutmaqla birbaşa 1/8 finala vəsiqə qazanan komandalardan “Çelsi”, “Fiorentina”, “Rapid”, “Yurqorden” və “Legiya” mərhələni adlayarkən, “Gimaraynş”, “Luqano” və “Serkl Brügge” mübarizəni dayandırdı. Uğursuzlara üstün gələnlər isə “Betis”, “Yagelloniya” və “Selye” oldu. 1/8 finalda iştirakı hələ liqa mərhələsinin 5-ci turundan sonra rəsmiləşən “Çelsi” maksimum nəticə göstərən yeganə komandadı. İngiltərə klubu pley-offda Almaniya təmsilçisi “Haydenhaym”ı üstələyən “Kopenhagen” ə səfər matçında 2:1 hesabıyla qalib gəlmişdi. Londonlular cavab görüşündə bir qədər ehtiyatlı oyunu ilə diqqəti cəlb etdi. Dyusberi-Hollun fasilədən sonra vurduğu qol Danimarka təmsilçisinin növbəti məğlubiyyətini rəsmiləşdirdi. Bununla da “Çelsi”nin KL-dəki qələbə seriyası 8 oyuna çatdı. Bu, 4-cü mövsümü keçirilən turnirin yeni rekordudu.
İspaniyada bir həftə əvvəl keçirilən “Betis” – “Gimaraynş” oyununun ilk hissəsi qolsuz başa çatsa da, komandalar ikinci hissədə hərəyə 2 qol vurmuşdular. “Gimaraynş” bununla ümumi liqada təsadüfən 2-ci yeri tutmadığını əyani göstərmişdi. Amma əsas mərhələni yekun cədvəlin 15-ci pilləsində başa vuran “Betis” cavab görüşündə rəqibinə heç bir şans vermədi. 4 cavabsız qolla qalib gələn La Liqa təmsilçisi 1/8 final oyunlarında ən böyükhesablı qələbə qazanan komanda oldu.
Əsas mərhələdə topların daha yaxşı fərqinə əsasən 3-cü yeri tutan “Fiorentina”nın 1/8 finaldakı startı uğursuz alınmışdı. KL-in son iki mövsümünün finalçısı Afinada “Panatinaikos”a 2:3 hesabıyla uduzandan sonra İtaliyada sərfəli nəticəyə nail oldu – 3:1.
Polşalı futbolsevərlər növbəti mərhələdə də iki komandanın oyunlarının həyəcanını yaşayacaqlar. Ölkənin son çempionu “Yagelloniya” iki oyunun nəticəsinə əsasən “Serkl Brügge”ni, “Legiya” isə “Molde”ni üstələdi. Bu mərhələnin ən böyük sürprizini isə “Selye” reallaşdırdı. Evdə minimal hesabla qalib gələn Sloveniya klubu “Luqano”ya İsveçrədə 4:5 hesabıyla uduzsa da, penalti seriyasında qələbə ilə azarkeşlərinə böyük sevinc bəxş etdi.
1/8 final, cavab oyunları
Çelsi (İngiltərə) - Kopenhagen (Danimarka) 1:0 (ilk oyun – 2:1)

Dyusberi-Holl, 55.
Çelsi: Yorgensen, Açimponq (Kukurelya, 46), Badyaşil, Adarabioyo, Çaloba, Kaysedo (Ceyms, 79), Dyusberi-Holl, Fernandes (Palmer, 46), Sanço (Nkunku, 65), Corc, Netu (Antvi, 90).
Gimaraynş (Portuqaliya) - Betis (İspaniya) 0:4 (2:2)
Bakambyu, 5; 20. Antoni, 58. İsko, 80.
Betis: Vieytes, R.Rodriges, Lyorente, Bartra, Ruibal, Fornals, Altimira (Natan, 73), X.Rodriges (Ezzalzuli, 60), İsko, X.Qarsiya, Antoni, Bakambyu (Flores, 82).
Fiorentina (İtaliya) - Panatinaikos (Yunanıstan) 3:1 (2:3)
Mandraqora, 12. Qudmundsson, 24. Ken, 75 – İoannidis, 81-p.
Fiorentina: De Xea, Komutso, Ranyeri (Zanyolo, 79), Ponqraçiç, Dodo (Moreno, 90), Qosens, Facoli, Kataldi (Folorunşo, 61), Mandraqora (Adli, 79), Qudmundsson (Beltran, 60), Ken.
Rapid (Avstriya) - Borats (Bosniya və Hersoqovina) 2:1, əlavə vaxtda (1:1)
Belyo, 70. Şaub, 96 - Oqrinets, 66.
Rapid: Hedl, Osvald (Bekle, 100), Ro-Yao, Svetkoviç, Bolla, Sanqare (Borkyaye, 113), Qrqiç (Zaydl, 67), Şaub (Raduloviç, 103), Yansson (Bişof, 103), Belyo, Vurmbrand (Kara, 82).
Legiya (Polşa) - Molde (Norveç) 2:0, ə.v. (2:3)
Morisita, 34. Qual, 108.
Legiya: Tobiaş, Ruben Vinaqre (Kun, 103), Kapuadi, Yençeyçik (Zelkovski, 103), Vşolek, Elitim (Qonsalveş, 84), Auqustınyak (Oyedele, 90), Kapustka, Morisita, Hodına (Biçaxçyan, 89), Qual.
Yurqorden (İsveç) - Pafos (Cənubi Kipr) 3:0 (0:1)
Fallenius, 35. Stensson, 66. Nquen, 86.
Yurqorden: Nilsson (Rinne, 86), Une Larsson, Kosuqi, Tenho, Ştol, Stensson, Şüller (Finndell, 83), Fallenius, Qulliksen, Oslund (Priske, 83), Nquen.
Serkl Brügge (Belçika) - Yagelloniya (Polşa) 2:0 (0:3)
Van der Brüggen, 8. Filipe Auqusto, 50.
Yagelloniya: Abramoviç, Braqansa Moutinyo, Eboss, Skşipçak, Stoinoviç (Tomaş Silva, 46), Flak, Kubitski (Romançuk, 58), Vilyar (Çurlinov, 58), Hansen, İmas, Pululu.
Luqano (İsveçrə) - Selye (Sloveniya) 5:4, p. – 1:3 (0:1)
Mahmud, 21. Kutsias, 42; 80. Dos Santos, 44. Dumbiya, 118 – Seşlar, 40. Svetlin, 68. Kuçis, 90+5-p. Nyeto, 97.
Selye: Rikardo Silva, Karniçnik, Beyqer, Vuklişeviç, Nyeto, Seşlar, Svetlin,
Dulka (Kvesiç, 46), Zabukovnik, Delorye-Şobe (Matko, 46), Kuçis (Filyo, 115).
İlk oyunları aprelin 10-da keçiriləcək 1/4 finalda cütlər belə formalaşıb: Çelsi – Legiya, Betis – Yagelloniya, Selye – Fiorentina, Yurqorden – Rapid.
Bombardirlər: Pululu (Yagelloniya) - 8, Qiyu (Çelsi), Kuçis (Selye) - 6.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see404

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see317

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see315

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see278

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see259

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see252

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see218

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see203

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see193

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see182

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see175

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see173

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see173

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see170

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see169

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see169

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see168

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see161

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see153

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri