Icma.az
close
up
RU
Çelsi müdafiəçisinin icarə müqaviləsini vaxtından əvvəl dayandırıb

Çelsi müdafiəçisinin icarə müqaviləsini vaxtından əvvəl dayandırıb

İngiltərənin "Çelsi" klubu "Kristal Pelas"da çıxış edən müdafiəçisi Trevo Çalobanın icarə müqaviləsini vaxtından əvvəl dayandırıb.

"Report" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı ingiltərəli futbolçu 2024-ci ilin avqustundan "Kristal Pelas"da oynayırdı. Müdafiəçi meydana çıxdığı 14 oyunda 3 qola imza atmışdı.

Qeyd edək ki, T.Çaloba "Çelsi"nin yetirməsidir və komandanın heyətində İngiltərə Kubokunu, UEFA Superkubokunu qazanıb və klublararası dünya çempionatının qalibi olub. Onun "Kristal Pelas"la icarə müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulmuşdu.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:70
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri