Icma.az
close
up
RU
Rayonlar özü özünü maliyyələşdirəcək” deyəndə nəyi nəzərdə tuturlar? AÇIQLAMA

Rayonlar özü özünü maliyyələşdirəcək” deyəndə nəyi nəzərdə tuturlar? AÇIQLAMA

Icma.az bildirir, Yenisabah portalına istinadən.

"Birinci növbədə Maliyyə Nazirliyi və hökumətin digər qurumları açıqlamalıdırlar ki, "rayonlar özü-özünü maliyyələşdirəcək" deyəndə nəyi nəzərdə tuturlar? Azərbaycanda vahid vergi sistemi mövcuddur”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, vergilər mərkəzləşdirilmiş qaydada toplanırsa, hansısa bir rayonun özü-özünü necə dolandıracağı sual altındadır:

“Azərbaycanda bütün vergilər vahid mərkəzi hesaba köçürülür. Bütün ölkə ərazisindən toplanan vəsait dövlətin açdığı həmin hesaba köçürülür. Yəni vergilər mərkəzləşdirilmiş qaydada toplanırsa, bir rayon (A rayonu) özü-özünü necə dolandıracaq? Bu, nə deməkdir? Ümumiyyətlə, onların maliyyə mənbəyi haradandır? Maliyyə mənbəyi necə formalaşacaq?  pizza sifarişi

Ona görə də mən burada təsnifatın hansısa formada dəyişdirilməsindən söhbət getdiyini düşünürəm. Hansısa formada kağız üzərində müəyyən təsnifat dəyişiklikləri və hesablama qaydalarında dəyişikliklər olub və yaxud da olacaq. Çünki bu, özlüyündə mexanizm olaraq doğru deyil axı, yəni mümkün deyil, daha doğrusu, necə ola bilər ki, mərkəzləşdirilmiş vergi sistemi mövcuddur? Hə, bələdiyyələr desəydilər, yenə mən buna inanardım. Bələdiyyənin ayrıca bələdiyyə vergisi var, müəyyən xidmət göstərib vəsait toplayır. Bizdə də bələdiyyələr az qala ölü doğulmuş orqanlardır. Söhbət rayonların özündən və icra hakimiyyətlərindən gedirsə, onların gəlir mənbəyi nədir ki, özlərini dolandırsınlar?”

Ekspert əlavə edib ki, bütün bu sualların cavabı əlaqədar orqanlar tərəfindən verilməlidir:

“Həmin rayon ərazisində tikilən yolların, körpülərin, təmir işlərinin xərcləri mərkəzi büdcədən ödənilirsə, o rayon özünü necə dolandıracaq? İstənilən rayon ərazisində müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət və büdcə təşkilatlarında çalışanlar, təhsil işçiləri var. Onların maaşı dövlət büdcəsindən, yəni mərkəzi büdcədən verilirsə, həmin rayonun "özü-özünü dolandırır" deməsi nə deməkdir? Məncə bütün bu sualların cavabı əlaqədar orqanlar tərəfindən verilməlidir”.

Qeyd edək ki, 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. 

Qanun layihəsinin 10-cu maddəsinə əsasən, şəhər və rayonların gəlirləri yerli xərclərini təmin etmədikdə, həmin ərazilərə xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrıla bilər. Lakin 2027-ci il üçün təqdim olunan proqnozlarda 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına qarşılaya biləcəyi nəzərdə tutulur.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri