Fransa klubunun müdafiəçisi Çelsi nin hədəfində
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Strasbur"un müdafiəçisi Qelya Due karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
London klubu Due üçün 30 milyon avroluq sərbətqalma məbləğini ödəməyə hazırdır.
"Aston Villa", "Brentford" və "Brayton" da 23 yaşlı sağ cinah müdafiəçisi ilə maraqlanır. Lakin yarışda "Çelsi"nin daha şanslı olduğu bildirilir.
Qeyd edək ki, "Strasbur" Qelya Dueni 2024-cü ilin yayında "Renn"dən 6 milyon avroya transfer edib. O. cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Baxış sayı:140
Bu xəbər 21 Oktyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















