Cəmi 1 dəqiqə: Ürəyinizin vəziyyətini belə yoxlayın
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kardioloq Osman Nəcəm fiziki hazırlıq səviyyəsini cəmi bir dəqiqəyə yoxlamağın sadə üsulunu açıqlayıb.
Həkimin bu barədə tövsiyəsini "Mirror” paylaşıb.
Kardioloqun sözlərinə görə, bunun üçün pilləkənlərlə bir dəqiqə ərzində eyni tempdə qalxıb-enmək və ümumilikdə 60-80 pillə addımlamaq lazımdır.
Məşq başa çatdıqdan dərhal sonra nəbzi saat vasitəsilə və ya əllə ölçmək, bir dəqiqə sonra isə ürək döyüntüsünü yenidən yoxlamaq tövsiyə olunur.
Nəcəm bildirib ki, ürək döyüntüsü ilk dəqiqə ərzində ən azı 20 vahid azalmalıdır. Nəbzin sürətlə normaya qayıtması ürəyin fiziki yükün öhdəsindən yaxşı gəldiyini göstərə bilər. Əksinə, ürək döyüntüsünün yavaş azalması fiziki hazırlığın yetərli olmadığını göstərə bilər.
Həkim bunun dəqiq tibbi müayinə deyil, ümumi qiymətləndirmə üsulu olduğunu vurğulayıb. O, məşq zamanı başgicəllənmə və ya özünü pis hiss etmə halında dərhal dayanmağı tövsiyə edib.
///Publika.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Oktyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















