Icma.az
close
up
RU
Cəmi 4 gün QALDI: COP29a tam hazırıq!

Cəmi 4 gün QALDI: COP29a tam hazırıq!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

11-22 noyabr tarixlərində Bakıda COP29 konfransı keçiriləcək. Cəmi 4 gün sonta başlayacaq konfransda 100-dən artıq ölkənin liderinin iştirak edəcəyi gözlənilir. Artıq tədbirə hazırlıqlar tam başa çatmaq üzrədir.

Milli Məclisin deputatı Naqif Həmzəyev Modern.az-a açıqlamasında bildirib ki, bu günə qədər keçirilən COP tədbirlərinə nəzər yetirsək, görərik ki, həmin tədbirlərə hazırlıqla əlaqədar müəyyənləşdirilmiş ölkələrin ən azı 2 il zamanı olurdu.

"Bu da hazırlıq üçün kifayət qədər yetərli vaxtdır. Ancaq Azərbaycanın COP29-a hazırlıq üçün 10 aya yaxın müddəti var idi. İnanın ki, hazırlıq prosesini yüksək səviyyədə dəyərləndirə bildik. Xarici ekspertlərin və bu prosesləri daimi izləyən mütəxəssislərin rəyini nəzərə alsaq, demək olar ki, Azərbaycan hazırlıq prosesini həyata keçirməklə əlaqədar heç də iki il zamanı olan dövlətlərdən geri qalmayıb. Əksinə Azərbaycan bu prosesi düzgün dəyərləndirərək daha fərqli hazırlaşıb. İnanıram ki, ölkəmizdə keçiriləcək COP29 bu tədbirlərin gələcəkdə keçirilməsi ilə bağlı yeni kriteriyalar və yanaşmaları ortaya çıxaracaq. Bundan sonra keçiriləcək COP tədbirləri üçün həmin ev sahibləri daha məsuliyyətli olacaqlar və daha çox enerji sərf edəcəklər”.

Millət vəkili bildirib ki, bu tədbirlərin məqsədi birbaşa olaraq ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni təşkil etməkdir:

“COP29 məhz bundan öncəki konfranslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı maliyyə axtarışlarının həyata keçirilməsi və maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə səciyyələnir. İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 zamanı dünya dövlətləri öz öhdəliklərini yeniləyəcəklər. Bu öhdəliklərin reallaşdırılması ilə bağlı maliyyə məsələlərində də real addımların şahidi ola biləcəyik. Eyni zamanda gələcək üçün daha təhlükəsiz, sağlam və təmiz bir planetin qorunub saxlanması istiqamətində dövlətlər çox önəmli addımlar atacaqlar. Zəhərli qazlarının buraxılmasının azaldılması, istixana qazlarının ətraf mühitə buraxılmasının qarşısının alınması və iqlimdəki 1.5 dərəcə isinmənin həddinin qorunması saxlanılması üçün real addımların atılacaq. Azərbaycan klassik enerji resursları istehsal edən ölkə olması ilə yanaşı eyni zamanda Yaşıl enerjiyə keçidi təbliğ edən və böyük layihələr həyata keçirən bir dövlətdir. Tezliklə Azərbaycan Yaşıl enerjinin Qara Dənizin dibindən keçməklə Şərqi Avropa ölkələrinə nəql edilməsinə nail olan ilk ölkə statusunu da qazanacaq. Azərbaycanın Avropadakı partnyorları da bu layihənin aktiv iştirakçılarıdır. İstehsal olunan Yaşıl enerji 2030-cu ilə qədər imkan verəcək ki, Azərbaycan özü də bu enerji növünə keçidi sürətləndirsin.

N.Həmzəyev qeyd edib ki, 2050-ci il üçün nəzərdə tutuğumuz öhdəlikləri qısa müddətdə reallaşdıra biləcəyik:

“Tezliklə Yaşıl enerjiyə keçid həddinin 30%-i keçməsinə nail ola biləcəyik. COP29-un keçirilməsi, bu tədbirin davamı olaraq bizim və digər dövlətlərin götürdüyü öhdəliklər nəticə etibarilə həmişə xoş xatırlanacaq. Bununla yanaşı Azərbaycanın irəli sürdüyü bir çox yeni ideyalar var ki, bu da ənənəyə çevriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü atəşkəs və müharibələrin dayandırılması ideyası COP tarixində ilk dəfədir ki, həyata keçiriləcək. Biz inanırıq ki, COP29 keçirilən müddətdə heç bir münaqişə, müharibə olmayacaq, bütün silahlar susacaq. Nəticə etibarilə bu həm sülhə bir çağırışdır, həm də ətraf mühitin çirkləndirilməsi və havaya atılmış silahlar, raketlər və bombalar vasitəsilə çirkləndirmə dayandıralacaq. Bu bəlkə də bir çox münaqişələrin sülh yolu ilə həllinə əla bir töhfə olacaq. Bir sözlə Azərbaycan dövləti bu ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlib. Biz inanırıq ki, COP29 zamanı Azərbaycana səfər edəcək dövlət liderləri, ekspertlər və mütəxəssislər ölkəmizlə bağlı xoş fikirlərini və təəssüratlarını hər zaman söyləyəcəklər. Azərbaycan COP tarixində qəbul edilmiş ən önəmli qərarların məkanı olaraq daim xatırlanacaq. İnanıram ki, regionumuz və dünya üçün burada qəbul edilən qərarlar çox önəmli və əhəmiyyətli olacaqlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri