Icma.az
close
up
RU
Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir Azərbaycan tarixinin ən şanlı səhifəsi və qürur mənbəyimizdir Emil Əkbərov

Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir Azərbaycan tarixinin ən şanlı səhifəsi və qürur mənbəyimizdir Emil Əkbərov

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

"Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir Azərbaycan tarixinin ən şanlı səhifəsi və qürur mənbəyimizdir" - Emil Əkbərov

"Azərbaycan 44 günlük Vətən müharibəsində tək ərazi bütövlüyünü bərpa etməsi, həm BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni özü icra etdi".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, cəmi 44 gün davam edən Vətən müharibəsi müasir Azərbaycan tarixinin ən şanlı səhifəsi və qürur mənbəyimizdir:

"Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən və tarix boyu xalqımıza qarşı müxtəlif vandalizm və soyqırımlar törədən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışdı. Təəssüf ki, keçən dövr ərzində danışıqlar heç bir nəticə vermədi. Əksinə Ermənistan havadarlarının köməyi ilə status-kvonu möhkəmləndirməyə və işğal etdiyi torpaqlarımızı əbədi özündə saxlamağa çalışırdı. Belə olan halda da Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətu uğurla davam etdirən cənab prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün tətbiq etdiyi düzgün strategiya nəticəsində Azərbaycan güc toplamağa başladı. İqtisadi müstəqillik təmin edildi. Bununla da ölkəmiz iqtisadi cəhətdən heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi. Əlbəttə, ölkənin iqtisadi cəhətdən gücləmməsi ordu quruculuğunda da dönüşə səbəb oldu. Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi. Hərbçilərin bilik və bacarıqları artırıldı. Onların sosial müdafiəsinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi və ordunun maddi-texniki bazası gücləndirildi. Ordunun daxili ehtiyatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Ən əsası Azərbaycan xalqı ötən 30 illik ərzində işğalla barışmadı və cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən vətənpərvər gənclər ərazi bütövlüyümüzü bərpa etmək hər cür fədakarlığa hazır olduqlarını hər zaman sübut etdilər.

Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazilərimizi sülh yolu ilə geri qaytarmağa çağırdı. Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəslənərək hərbi təxribatlar törədirdi".

Emil Əkbərov söyləyib ki, 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı:

"Əksinə Ermənistan sərhəddə vəziyyəti daha da gərginləşdirməyə davam etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlayaraq Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatıba başlanıldı. Sonradan "Dəmir Yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğulları düşməni döyüş meydanında məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Şuşa döyüşləri tarixə qəhrəmanlıq salnaməsi kimi həll olundu. Hətta Şuşada istifadə edilən döyüş taktikası dünyanın bir çox lider dövlətlərini heyrətə gətirib. Azərbaycan ordusu qarşısında davam gətirə bilməyən və biabırçı məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamalı oldu. Bununla da Azərbaycan-Ermənistan münaqişəsinə son qoyuldu".

Emil Əkbərov vurğulayıb ki, 3 ilə yaxın bir dövr keçməsinə baxmayaraq Ermənistan üçtərəfli bəyanatın müddəalarının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırdı:

"Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlanıldı.24 saatdan az bir müddət davam edən antiterror əməliyyatları zamanı ordumuz tam qələbə qazandı və Azərbaycan öz suverenliyini bərpa etdi. Bununla da 20 il bundan əvvəl cənab prezident İlham Əliyev dövlət başçısı seçilən zaman doğma xalqına verdiyi sözü yerinə yetirdi".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 06 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri