Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və... Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günündə Prezident İlham Əliyevlə birgə fotosunu paylaşıb.
Mia.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlərim, bacı-qardaşlarım!
Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.
Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.
Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir.
Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.
Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun.
Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə,
Sizin MEHRİBAN".
Baxış sayı:88
Bu xəbər 01 Yanvar 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















