Icma.az
close
up
RU
Cəmiyyət susur, qadınlar ölür...

Cəmiyyət susur, qadınlar ölür...

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Günümüzün Azərbaycanda qadın olmaq - bir imtiyaz yox, çox zaman bir sınaqdır. Hər səhər evdən çıxan, bəzən heç çıxmağa macal tapmayan qadınlar var - qətlə gedən yolların səssiz yolçuları. Qadın qətllərinin artması cəmiyyətimizin illərlə danışmaqdan yayınmağa çalışdığı reallığını sərt və acı şəkildə üzümüzə çırpır.

Hər il onlarla qadın - ana, bacı, həyat yoldaşı, övlad - ən yaxınları tərəfindən həyatından məhrum edilir. Qısqanclıq, nəzarət, “namus” pərdəsi altında gizlənən zorakılıq qadınların həyatına son qoyur.

Elə bu yaxınlarda qaynatası tərəfindən qətlə yetirilən Güneli və balkondan yıxılaraq öldüyü deyilən 20 yaşlı Könülü də bariz nümunə göstəmək olar.

Niyə qadının harayı adətlərin, stereotiplərin səssiz divarlarına çırpılıb geri qayıdır? Niyə bir qadının yaşamaq haqqı onun həyat yoldaşının emosiyasından aslı olmalıdır?

Bu artan statistika yalnız say deyil, bizə sarsıdıcı suallar verir: neçə qadının qorunmağa ehtiyacı var idi? Neçə nəfər öz faciəsini səsə çevirə bilmədi? Neçə uşaq anasız böyüyəcək?

Səssiz qalan cəmiyyət şərik olur. Qadının fəryadını eşitməyən qonşu, susan ailə üzvləri - hamısı bu cinayətlərdə bir növ pay sahibidir.

Əgər bu cəmiyyət doğulan qıza sevinc yox, qorxu ilə baxırsa, bu dəyişməlidir. Əgər qadının həyatını dəyərsiz edən düşüncələr hələ də normal sayılırsa, bu dəyişməlidir. Bu yalnız hüquqi məsələ deyil - bu, vicdan, ədalət və insanlıq məsələsidir.

Qadın yaşamalıdır - qorxaraq yox, azad və inamla. Qadın olmaq ölüm hökmü deyil. Bu ölkədə qadın olmaq gələcək deməkdir. O gələcəyin yaşaması üçün isə dəyişməkvə tez dəyişmək lazımdır.

Qadın olmaq niyə bu qədər təhlükəlidir? Niyə biz bu xəbərləri oxuyanda təəccüblənmirik artıq? Niyə bir qadının öldürülməsi cəmi bir-iki gün danışılıb unudulan “adi xəbər”ə çevrilib? Bu susqunluq bizə baha başa gəlir.

Qohumlar "ağsaqqallar həll edər" düşüncəsi ilə səssiz qalır. Amma cinayət susanda baş verir. Qadının qışqırığı eşidilməyəndə, həyatına qəsd edilən anı biz artıq geri qaytara bilmirik.

Media bu qadınları tanıdır - amma yalnız öldürüldükdən sonra. Biz qadının qəhrəmanlığını yalnız o, qətlə yetiriləndə xatırlayırıq. Halbuki onların yaşaması, uğur qazanması, azad şəkildə yaşaması bizim gündəmimiz olmalıdır.

Qadınlar yaşamaq istəyir - təzyiqsiz, təhdidsiz, zorakılıqsız. Bu, onların haqqıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri