Icma.az
close
up
RU
Cəmiyyətdə psixoloji narahatlıqlara səbəb olan faktorlardan biri sosial şəbəkələrdəki lüks paylaşımlardır

Cəmiyyətdə psixoloji narahatlıqlara səbəb olan faktorlardan biri sosial şəbəkələrdəki lüks paylaşımlardır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda çox təəssüf ki, qətl hadisələri getdikcə artır. Ötən həftə Sumqayıtda ard-arda qətl hadisələri baş verib. Sosial şəbəkələrdə yayılan belə xəbərlər cəmiyyəti, insanları sarsıdır. Zaman-zaman Medianın İnkişaf Agentliyi (MEDİA) mediada intihar xəbərlərinin işıqlandırılmaması ilə bağlı çağırışlar edib. Bəli, biz düşünürük ki, intihar xəbərləri yayıldıqca, təbliğ olunduqca, insanların şüuraltına sirayət edir və insanlar ondan təsirlənə bilər. Qurum intihar xəbərləri və bu kimi materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və həssaslıq nümayiş etdirməyə çağırıb. Ancaq buna baxmayaraq, qətl hadisələri artmaqda davam edir.Sizcə bu hadisələrin səbəbi nədir? Qısqanclıqdan gəlir, yoxsa uşaqlıqdan gələn travmalara bağlıdır?

Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlamasında Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, ümumiyyətlə, cəmiyyətdə stress və aqressiya artıb.

Vüsalə Əmiraslanova

“Son vaxtlar qətl hadisələrinin artması ilə bağlı biz də xəbərlər alırıq. Bir psixoloq kimi düşünürəm ki, cəmiyyətdə ümumiyyətlə, stress və aqressiya artıb. Bunun səbəbləri çox vaxt maddi sıxıntılar, həmçinin həyat şəraitinin istədikləri kimi olmaması və sosial şəbəkədə lüks həyatlara baxıb, onların da o cür yaşamaq istəməsi olur. Bəzən ümumi psixi durumda problem olur, yəni telefon, alkoqol, narkotik asılılığı və s. gördüyümüz qədər cəmiyyətdə artıb.

İntiharlara, qətl hadisələrinə səbəb olan faktorlardan biri elə sosial şəbəkələrdəki paylaşımlardır ki, bu da insanları daha çox intihara sövq edir. Onların qarşılarına çıxır, baxırlar, araşdırırlar, səbəblərini öyrənməyə maraqları artır. Səbəblərini də öyrəndikdə insan istər-istəməz öz həyatı ilə müqayisə edir ki, "mənim də həyatımda bu tip hadisələr baş verib, bəlkə mən də bunu etsəm qurtularam, bu vəziyyətdən çıxış yolu taparam". Əlbəttə ki, sosial mediadakı paylaşımlar, bəzən də bəzi jurnalistlər tərəfindən intihar xəbərlərinin qabardılması da birmənalı şəkildə təsir göstərir. Belə paylaşımlar azalarsa və daha müsbət paylaşımlar çoxalarsa, düşünürəm ki, bu tendensiyada biz azalma görə bilərik. Amma tək bununla məsələ bitmir. İnsanların psixi durumundakı problemlər, valideynlərin uşaqlarında gördüyü psixi problemləri vaxtında araşdırmamaları, həkimə müraciət etməmələri, psixiatr adından qorxmaları və psixoloqa gəlməmələri kimi vəziyyətlər də təsir göstərir ki, insanların artıq psixi durumları korlanır və bir-birinə qarşı şiddətli davranışlar göstərirlər”-deyə psixoloq qeyd edib.

Günel Həsənova Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri