Icma.az
close
up
RU
Cəmiyyətə hörmətsizliyə qadağa: “Mübarizə effektiv olacaq”

Cəmiyyətə hörmətsizliyə qadağa: “Mübarizə effektiv olacaq”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda etdiyi dəyişikliklə sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib.

Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

“Cebheinfo.az”a açıqlamasında media eksperti, “Editor.az” informasiya portalının baş redaktoru Fərid Şahbazlı bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “İnformasiya və informasiyalaşdırma haqqında” qanuna etdiyi dəyişikliklər son dərəcə zəruri və yerində atılmış addımdır:

“Bu dəyişiliklər sosial şəbəkələr və internet resursları üzərindən aparılan zərərli təbliğatın qarşısının alınmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Çünki son dövrlərdə həqiqətən də həm müxtəlif internet saytlarında, həm də sosial şəbəkə platformalarında cəmiyyətə, xalqımızın milli-mənəvi dəyərlər sisteminə, eləcə də ayrı-ayrı sosial qruplara qarşı açıq hörmətsizlik ifadə edən davranış və fikirlərin artdığı tez-tez müşahidə olunurdu.

Xüsusilə qeyd etmək lazımdır ki, “TikTok” kimi sosial media platformalarında cəmiyyətə qarşı açıq hörmətsizlik, həssas sosial qrupların təhqir olunması, ümumilikdə isə əxlaqsızlığın təbliği halları özünü “sosial media fenomeni”, “tiktoker” adlandıran bəzi şəxslər tərəfindən tez-tez həyata keçirilirdi. 

Şübhəsiz ki, bu kimi hallarla bağlı Azərbaycan dövlətinin müvafiq qurumları və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman lazımi tədbirlər görülüb. Hesab edirəm ki, konkret, daha institusional bir hüquq formasında qanunvericiliyə dəyişiklik edilməsi şəklində bu mübarizə kifayət qədər effektiv olacaq”.

O qeyd edib ki, Azərbaycan zəngin milli-mənəvi dəyərlərə malik olan və həmin dəyərlər sistemi çərçivəsində yaşayan, fəaliyyət göstərən bir cəmiyyətdir:

“Sosial şəbəkələr və internet saytları üzərindən bu cür uyğunsuz və zərərli təbliğatın aparılması cəmiyyətin əsas sütunlarına, mənəvi dəyərlərinə ciddi təhlükə yaradır və son dərəcə təhlükəli tendensiyaların formalaşmasına zəmin yaradır.

Hesab edirəm ki, ölkə Prezidenti tərəfindən qanunvericilik müstəvisində belə bir qərarın verilməsi olduqca əhəmiyyətlidir və bu addım cəmiyyət tərəfindən təqdirlə qarşılanır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: sosial şəbəkələr hörmətsizlik Fərid Şahbazlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri