Icma.az
close
up
RU
“Cəmiyyətimiz dövlətçiliyə bağlı, müstəqilliyimizin qorunmasında fəaldır”

“Cəmiyyətimiz dövlətçiliyə bağlı, müstəqilliyimizin qorunmasında fəaldır”

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan gənclərinin hüquqi və siyasi bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətin gələcək inkişafında mühüm strateji əhəmiyyət daşıyır. Gənclər dövlət quruculuğunda və ictimai proseslərdə fəal iştirak etdikcə, ölkədə daha dayanıqlı və məsuliyyətli vətəndaş mədəniyyəti formalaşır. Hüquqi maarifləndirilmə yalnız fərdi müdafiə mexanizmlərini gücləndirmir, həm də gənclərin qərarvermə proseslərinə daha şüurlu şəkildə qoşulmasına şərait yaradır. Vətəndaşların ictimai-siyasi fəallığı ölkədə demokratik institutların möhkəmlənməsinə və idarəetmədə şəffaflığın artmasına birbaşa təsir edir. Bu baxımdan, cəmiyyətin ictimai həyatda aktiv mövqe tutması Azərbaycanın demokratik inkişaf yolunda vacib amillərdən biridir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında deyib ki, gənclərimiz dövlətçiliyimizə, tariximizə və milli dəyərlərimizə çox bağlıdır:

“Parlament fəaliyyəti ilə yanaşı, mən ali məktəbdə də dərs deyirəm. Hər il auditoriyamdan təqribən 200–300 gənc keçir və onları müşahidə edərək bugünkü gəncliyimizin yüksək səviyyəsi haqqında qəti fikir söyləyə bilirəm. Gənclər müstəqilliyimizin qorunması və möhkəmlənməsində fəal iştirak etməyə həmişə hazırdırlar. Siyasi baxımdan da gəncliyimiz yetkindir. Bu, təkcə auditoriyalarda deyil, müxtəlif gənclər tədbirlərində də görünür. Gənclərimizin yüksək siyasi düşüncəsini həm vətən müharibəsində, həm də digər çətin vəziyyətlərdə vətən və müstəqillik uğrunda göstərdikləri qəhrəmanlıqlardan görmək mümkündür. Gəncliyimiz bir tərəfdən yaşlı nəsildən nümunə götürür, digər tərəfdən isə ictimai-siyasi reallıqları müşahidə edərək öz düşüncəsini formalaşdırır”. 
Deputat bildirib ki, bu gün beynəlxalq birlikdə böyük nüfuz sahibiyik və heç bir siyasi güc mərkəzinin təsiri altında deyilik:
“Müstəqil siyasət yürüdürük və öz problemlərimizi özümüz həll edirik. Baxmayaraq ki, uzun müddət torpaqlarımızın bir hissəsi işğal altında olmuşdu, bu gün qarşımızda tarixi vəzifə dayanır: azad olunan ərazilərin mümkün qədər tez bərpası və oraya əhalinin geri qaytarılması. Gənclik vəziyyəti real qiymətləndirir və dövlətini, müstəqilliyini sevir. Onlar Azərbaycanın daha yaxşı və müasir olması üçün proseslərdə aktiv iştirak edirlər. Gəncliyimizin biliklərə, elmə və təcrübəyə olan marağı, eyni zamanda reallığı müşahidə etməsi onların düzgün yol tutmasına və hazırda Azərbaycan üçün məsuliyyət daşımağa hazır olmalarına sübutdur”.
Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, Azərbaycan gənclərinin hüquqi və siyasi bilik səviyyəsi onların gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmasında mühüm rol oynayır:

“Gənclərin bu biliklərini artırmaq üçün müxtəlif təhsil və maarifləndirmə tədbirləri effektiv ola bilər. Məsələn, məktəb və universitet proqramlarına vətəndaşlıq və hüquq təhsili fənlərinin əlavə edilməsi, praktiki hüquqi məsələlər üzərində müzakirələrin aparılması faydalıdır. Simulyasiya oyunları və debat klubları vasitəsilə qanunvericilik, seçki prosesi və demokratiya prinsipləri öyrədilə bilər. Onlayn seminarlar və maarifləndirmə platformaları gənclərin hüquq və vətəndaşlıq biliklərini geniş əhatə edir. Həmçinin gənclərin ictimai qurumlarda və könüllü fəaliyyətlərdə iştirakının təşviqi real həyat təcrübəsi qazandırır və hüquqi biliklərin praktik tətbiqini təmin edir”.
O qeyd edib ki, vətəndaşların ictimai proseslərdə fəallığı ölkədə demokratik mühitin inkişafı üçün həlledici rol oynayır:
“Bu baxımdan dövlət və qeyri-dövlət təşkilatları bir sıra addımlar ata bilər. Seçki və ictimai iştirakla bağlı maarifləndirmə kampaniyalarının genişləndirilməsi vətəndaşları hüquq və öhdəlikləri barədə məlumatlandırır. Qanunvericilikdə şəffaflığın artırılması, ictimai dinləmələr və onlayn platformalar vasitəsilə vətəndaşların qərar qəbul etmə prosesində iştirakı təmin edilir. İctimai fəallıq təşviq edən layihələr və təlim proqramları, xüsusilə gənclər üçün sosial məsuliyyət və vətəndaşlıq şüurunu yüksəldir. Hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi isə vətəndaşların öz hüquqlarını qorumaq imkanlarını genişləndirir. Bu tədbirlər həm hüquqi mədəniyyətin formalaşmasına, həm də cəmiyyətin demokratik prinsiplərə əsaslanan fəal iştirakına ciddi təsir göstərir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqamətində hazırlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri