Icma.az
close
up
RU
Cəmiyyətimiz orqan bağışlamağa niyə SOYUQ YANAŞIR?

Cəmiyyətimiz orqan bağışlamağa niyə SOYUQ YANAŞIR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də transplantasiya əməliyyatları keçirilir. Bu, insan orqanizminin bir hissəsinin digər insana köçürülməsidir. Təbii ki, orqanların köçürülməsi üçün  müəyyən tələblərə cavab verən donorlar lazımdır.
Azərbaycanda bu məsələlər  “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunuyla tənzimlənir.
“Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları"na görə  şəxs donorluqla bağlı münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir.
Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.
Göründüyü kimi, ölkəmizdə donorluq məsələsi hüquqi formada tənzimlənir. Lakin hələ də donor gözləyən yüzlərlə şəxs var. Çünki  ictimaiyyət orqan donorluğu haqqında kifayət qədər məlumatlı olmadığı üçün buna həvəsli olanlar da çox deyil.
Bəs bunun səbəbi nədir? İnsanlar bu istiqamətdə maarifləndirmək üçün hansı addımlar atıla bilər?
Məsələylə bağlı Bizim.Media-ya açıqlama verən tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda donorun mənbəyi ciddi məsələdir.
“Yəni, donor mənbəyinin könüllülük əsasında təminatı xeyli psixoloji mərhələlərdən keçməlidir. Donor mənbələri beyin ölümü keçirmiş, xüsusilə gənc insanlardır. Bu hallarda onların orqanları götürülə bilər. Ancaq bizdə heç kəs öz ölüsünün yarılmasını istəmir. Halbuki, həmin insan bir neçə həyata başlanğıc verə bilər”.
“Orqan bağışlamaq bir mərhəmət hissi kimi insanların ürəyində olmalıdır”
Həkim orqan donorluğuna marağın bu qədər az olmasının səbəblərini də deyib.
“Cahillik, müxtəlif yanaşmalar buna maneə olur. Cəmiyyət psixoloji olaraq buna hazır deyil. Hətta donorluq haqqında qanun qəbul edilsə, bu məsələ sistemə salınsa belə vətəndaşların maariflənməsi və psixoloji baxımdan bu məsələyə yüksəlməsi üçün müəyyən qədər zamana ehtiyac var”, - deyə Adil Qeybulla əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri