Icma.az
close
up
RU
Cəmiyyətimizdə qadın sürücülərə münasibət necədir və əslində, necə olmalıdır?

Cəmiyyətimizdə qadın sürücülərə münasibət necədir və əslində, necə olmalıdır?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Müasir dövrümüzdə zaman-zaman müzakirəsi gedən bir məsələ də qadınların maşın idarə etməsidir. 

Daha dəqiq desək, nədənsə, müəyyən kəsim insanlar hətta buna qarşıdır, qəribə şəkildə bir önyarğı mövcuddur.

Məsələn, cəmiyyətdə belə bir fikir də formalaşıb ki, qadınlarımız yaxşı maşın sürə bilmir.

Hətta illər əvvəl əksər insanlar tərəfindən qadınların maşın idarə etməsi çox da yaxşı qarşılanmırdı, bu, bəzən əxlaqa da bağlanırdı.

Təəccüblü olsa da, hal-qəziyyə belədir. Əlbəttə, müasir, inkişaf etmiş cəmiyyət üçün bu cür anlayışlar heç də yaxşı, qəbul edilən bir düşüncə tərzi deyil.

Lakin zaman dəyişdikcə insanlar da dəyişir və müəyyən, heç bir əsası olmayan düşüncələr də aradan qalxır. 

Əvvəlki illərə nisbətdə süranələrin də Bakı yollarında maşın idarə etdiyini görmək həm də sevindiricidir.

Çünki bu ilk növbədə də hər kəsin haqqıdır və bunu cinslərə bölmək gender bərabərliyinin pozulması kimi də xarakterizə edilə bilər.

Bu gün kişi sürücülər arasında olan bir narazılıq da qadınlar maşını yaxşı idarə edə bilməməsidir.

Doğrudur, nisbət etibarı ilə əksər qəzalar yenə də kişilər tərəfindən törədilir, amma bunun da müəyyən səbəbləri var.

Hazırda az da olsa qadın taksi sürücüləri belə mövcuddur. 

Bəs necə olmalıdır?

Doğrudanmı qadınlar yaxşı maşın sürə bilmir?

Nə üçün cəmiyyətdəki bu fikirlər heç cür səngimir?

Məsələyə hansı askpektdən baxmalıyıq?

Burada başqa bir məsələ də var.

Qadın sürücülərə qarşı qərəzli mühakimə patriarx təfəkkürlü köhnə fikirli insan düşüncəsinin məhsuludur. Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edib.

Nəqliyyat vasitələri ilk dövrlərdən meydana gəlmiş, sonralar xüsusi mülkiyyətə çevrilmiş və əmtəə istehsalının yaranması dövründə maddi istehsalın ayrıca bir sahəsi kimi formalaşmışdır. Hazırki dövrü nəqliyyatsız təsəvvür etmək qeyri-mümkündür. Lakin son dönəmlərdə bu nəqliyyat vasitəsi öz mahiyyətindən başqa digər öhdəlikləri də öz üzərinə götürmüşdür. Belə ki, bahalı maşınlar sanki öz sahibinə şan-şöhrət gətirir, onu səlahiyyətli və nüfuzlu şəxsə çevirir.

Gununsesi.info bəzi insanlar tərəfindən formalaşan bu fikrə mütəxəssis rəyi ilə aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin müəllimi, sosioloq Üzeyir Səfiyevə süallar ünvanlayıb.

Gununsesi.info sözügedən müsahibəni təqdim edir:

-Üzeyir müəllim, əvvəlcə bunu deyək ki, nəyə görə Azərbaycanda bahalı maşınlara maraq daha çoxdur? Bu marka həvəsinin arxasında hansı nüanslar dayanır?

-Bəli, bəzi insanlar bahalı maşınlara üstünlük verir. Azərbaycan cəmiyyətində, xüsusən də müsəlman şərq ölkələrində bu şöhrətpərəstlik geniş yayılıb. Əvvəldən, yəni, maşına qədərki dövrdə minik vasitəsi insanlar arasında xüsusi maraq doğurub. Patriarxal cəmiyyəti nəzərə alsaq, xüsusi  ilə kişilər arasında bu, belədir. Bilirsiniz, əvvəllər kişilər atları ilə ad, şöhrət qazanıb. O vaxtın şöhrəti də bu idi: ən sürətli və ən gözəl atlar. Dövr dəyişib, indi isə maşınları ilə rəqabət aparırlar. O da danılmaz faktdır ki, bizim cəmiyyətdə də bir az da şöhrətpərəstlik var. Ancaq bu da caiz deyil ki, insanlar bəzən borclanırlar. Bank kreditləri hesabına və yaxud da evdəki qiymətli əşyaları sataraq gedib bahalı maşın almaq, əlbəttə, arzuolunan deyil. Bu, onları onsuz da xoşbəxt edə bilməyəcək. İnsanların arzuları ilə imkanları uyğun gəlmədikdə onları xoşbəxt edə bilmir və bu da digər maddi problemlərə səbəb ola bilir. Buna görə də insanlar maksimum çalışmalıdır ki,  öz imkanların uyğun addım atsın.

-Üzeyir müəllim, söhbət maşınlardan düşmüşkən, nəyə görə kişi sürücülər qadın sürücülərdən narazıdır? Hətta sükan arxasında olan qadın sürücülərdən ehtiyat edir, nəqliyyatı idarə edərkən bir növ özlərini qorumaq ehtiyacı da hiss edirlər.  Bu, hansısa bir fobiya əsaslıdırmı?

-Düzdür, bəzən kişilər qadınların maşın sürmələrinə fərqli yanaşır. Bilirsiniz, əslində, sürücünün kişi və qadın olmasının heç bir önəmi yoxdur. Önəmli olan bacarmaq, maşını düzgün idarə etməkdir. Bu, onun cinsindən asılı deyil, bacarığı və məsuliiyyətindən asılıdır. Bütün bunlar isə nəhayətində gender balansına dayanır. Necə yəni, kim deyə bilər ki, qadınlarımız maşın sürə bilməz? Axı bu. sivil cəmiyyətin düşüncələrinə, bəşəri dəyərlərə, qanuna, hüquqa, ən əsası, insanlığa ziddir. Bunun cinslə, əxlaqla heç bir əlaqəsi yoxdur, olmamalıdır, ola da bilməz. Əslində, təəssüf ki, cəmiyyətimizdə belə fikirlərin mübahisələri gedir.

-Bəs bu fobiya nə ilə bağlıdır?

-Güman edirəm, bizim kişilər qadın sürücü məsələsinə ona görə ironik yanaşırlar ki, uzun zaman qadınlarımız maşınlarda sərnişin qismində olublar, kişilər qədər sükan arxasında olub idarə et. Bu hal qadınlar üçün yeni olduğuna görə sanki kişilər buna görə ehtiyatlanır, ancaq  güman etmirəm ki, onlar qadınlara rəqib kimi baxır. Çünki hər bir insanın cinsindən asılı olmayaraq, maşın sürmək, daha mürəkkəb texnologiyanı idarə etmək  imkanları, ən əsası isə hüququ var. Qadınlar da bu yöndə  kifayət qədər bacarıqlı və səriştəli insanlardır, kişilərlə eyni tərzdə, eyni formada, hətta bəzi kişilərdən də daha bacarıqlı şəkildə maşın idarə edə bilirlər. Güman etmirəm ki, belə bir gender yanaşması bu istiqamətdə  əsaslı ola. Bu, tamamilə yanlış yanaşmadır. Bir sözlə, peşəkar və ya qeyri-peşəkar sürücü cinsə görə deyil, insana görə dəyişir. Onları süni şəkildə bir-birinə qarşı qoymağa lüzum yoxdur. Həm qadınlar, həm də kişilərə biz yanlız insan rakusundan baxmalıyıq. Bu cür ayrımçı münasibətlərə ehtiyac yoxdur və bu patriarxal təfəkkürlü köhnə fikirli insan düşüncəsinin məhsuludur.  Güman edirəm  ki, bu problem də zaman-zaman aradan qalxacaq, onlar da bu məsələyə müsbət yanaşacaqdır.

 

 Aynur Turan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri