Icma.az
close
up
RU
Cəmiyyətin görünməz polis i

Cəmiyyətin görünməz polis i

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şahanə MÜŞFİQ

Ayıb... Sadəcə dörd hərfdən ibarət olan bu söz bir xalqın əsrlərlə formalaşmış həyat kodu, davranış nizamı, səssiz polisi, görünməz hökmdarıdır. Azərbaycan cəmiyyətində "ayıb olar" ifadəsi bir çox hallarda qanundan, dindən, əxlaq kriteriyalarından daha sərt təsir göstərir. Biz çox vaxt vicdanımıza yox, cəmiyyət qarşısındakı ayıba tabe oluruq, seçimlərimizi arzularımıza görə yox, el içində necə görünəcəyimizə, daha doğrusu, ətrafdakıların bunu necə qəbul edəcəyinə görə edirik. Ayıb sanki havada dolaşan bir duman kimi hər evə, hər ailəyə, hər masaya, hər əqidəyə hopub. Onu görmürsən, amma hər nəfəsdə, hər addımda, hər düşüncədə hiss edirsən.

"Ayıb" sözü davranış qaydasından daha çox bir mədəniyyətin içində yaşayan dayazlıq və dərinliklərin, qorxular və təsəllilərin birləşdiyi mürəkkəb bir mexanizmdir.

lll

Uşaqlıq yaddaşımız ayıbın min bir forması ilə doludur. Küçədə qaçanda ayıb, yüksək səslə güləndə ayıb, soruşanda ayıb, danışanda ayıb, susanda ayıb, yeyəndə ayıb, yeməyəndə ayıb... Sanki elə o illərdən həyatımızın ritmini müəyyənləşdirən görünməz xəritəyə çevrilib. Böyüklərimiz tərbiyə vermək anlayışını ayıbı bizim beynimizə, şüurumuzun alt qatına yeritməklə səhv salıblar. Əslində isə "ayıb"ın arxasında sadə bir psixoloji reaksiya dayanır: ictimai rəy qorxusu.

Bəlkə də valideynimiz bizə təlqin etmək istəyirdi ki, kiminsə hüququnu pozmaq, kimisə incitmək, başqasının həyatına müdaxilə etmək, özünü təhlükəyə atmaq olmaz. Amma bütün bu düşüncələr, bütün bu öyüdlər, nəsihətlər bircə "ayıb" sözünün içində əriyib yox olurdu.

Bəli, ayıb qorxusu bizi bəzən pis şeylərdən qoruyub, edəcəyimiz səhvlərin, günahların önünə keçib, amma çox vaxt da düşünməkdən, soruşmaqdan, özümüz olmağa cəsarət göstərməkdən çəkindirib. Psixoloqlar deyirlər ki, ayıb mədəniyyəti güclü olan toplumlarda insan özünün daim izlənildiyini hiss edir. Yəni bir növ özünü daim mühakimə edən daxili polis formalaşır.

lll

Heç kimə sirr deyil ki, Azərbaycan cəmiyyətində ayıbın ən sərt üzü qadınlara yönəlib. Onun yükü kişidən çox qadının çiyinlərinə yüklənib. Qadın üçün ayıbın sərhədi daha geniş, daha boğucudur. Guya qadına gülmək, danışmaq, sevinmək, ürəyi istədiyi kimi geyinmək, ürəyi istədiyi kimi gəzmək, oturmaq, durmaq, əsəbləşmək, etiraz etmək, səsini qaldırmaq ayıbdır. Ayıb sanki qadının həyatına keçirilmiş qandal kimidir. Kişilərin həyatında ayıb daha seçici və "taktiki" şəkildə istifadə olunur, qadınların həyatında isə ayıb davranışı tənzimləyən, həyatı çərçivəyə salan, cəsarəti beşiyindəcə öldürən strateji silah kimidir.

Qadın səsinə ayıb, qadın şəxsiyyətinə ayıb, qadının qərarına ayıb deyən bir toplumun qadın azadlığından danışması çətinləşir. Ayıb çox vaxt qadının iradəsini susdurmağın sosial cəhətdən "mədəni" yoludur. Çünki bu yolla həm tərbiyə, həm qorxu, həm də itaət tələb olunur.

lll

Ayıb cəmiyyətdə hər kəsə eyni davranmır. Varlı ilə kasıba qarşı qoyulmuş ayıb anlayışları arasında çox böyük fərq var. Kasıb ailələrdə ayıb daha sərtdir. Çünki "el nə deyər?" qorxusu daha güclüdür. Kasıb ailələrdə qızın davranışı ailənin şərəfi sayılır, onun haqqındakı ən kiçik neqativlik belə ailənin adına, nüfuzuna toxunur. Varlı ailələrdə isə ayıbın əhatəsi daha elastikdir. Onların sərvəti ayıbın sərhədlərini nisbətən daha çox genişləndirir.

Bu baxımdan ayıb həm də sosial bərabərsizlik yaradır: kimin gücü çoxdursa, onun ayıbı daha azdır. Ayıbın sərtliyi alt təbəqələrə daha çox təsir edir, çünki onların əlində "özünü müdafiə edən başqa kapital" yoxdur.

Ayıbı ilahiləşdirən cəmiyyətlərdə ailə modeli çox vaxt sevgi üzərində yox, "nə deyərlər?" qorxusu üzərində qurulur. Ailədə problem varsa, ayıbı çıxmasın deyə gizlədilir. Şiddət baş verirsə, ailə qınanmasın deyə susulur. Qadın boşanmaq istəyirsə, "ayıbdır" deyərək qayıtmağa məcbur edilir. Kişi xəyanət edir, yaxud pis vərdişlərin aludəçisi olur, amma ailəni dağıtmaq "ayıb" olduğundan bu da bağışlanır. Ayıbın qorunması bəzən insan taleyindən daha vacib bir dəyərlər silsiləsi kimi təqdim olunur.

Ayıb çox vaxt mövcud problemləri həll etmir, yalnız üstünü örtür. Qapını bağlayır, amma içəridəki qaranlığı böyüdür.

Biz çox danışan millətik, amma çox şeyi də deməyən cəmiyyətik. Çünki ta əzəldən ayıb bizi danışmaqdan çox susmağa alışdırıb. Uşaq yaşlarımızdan susmaq tərbiyə kimi bizə təqdim olunub. Maraqlandığımızı soruşmaq, istəmədiyimizi dilə gətirmək, könlümüzə yatanı istəmək, hər hansı məsələ haqqında öz fikrimizi bildirmək bizim üçün həmişə ayıb olub. Nəticədə öz istəyini ifadə edə bilməyən, öz problemlərini dilə gətirə bilməyən nəsil formalaşıb.

lll

Ayıb böyük bir emosional basqı sistemidir. O, içdən içə emosional aclıq yaradır, insanın öz-özünü ifadə etmək bacarığını öldürür. Nəticədə ayıb mədəniyyəti ilə böyüyən insanlar çox vaxt hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Çünki ayıbın divarına çırpıla-çırpıla böyüyən sözlər bir gün tamamilə susqunluğa qərq olur. 

Ayıb təkcə şəxsi həyatı deyil, düşüncə modelini də formalaşdırır. Uşaq müəllimə sual verəndə ayıbdır. Səhv edəndə ayıbdır. Bildiyini söyləyəndə ayıbdır. Qeyri-adi bir fikir deyəndə də ayıbdır. Beləcə, uşaq risk etməkdən uzaq durur. Fikirlərini gizlədir, soruşmaqdan utanır, səhv etməyə cəhd göstərmir. Bu isə yaradıcılığı, tənqidi düşüncəni öldürən ən təhlükəli mexanizmdir.

Ayıb mədəniyyətində yetişən insan daha çox uyğunlaşmağa çalışır, az risk edir, çərçivədən çıxmaqdan qorxur. Beləliklə, bir cəmiyyət olaraq, yenilikdən çox təkrarçılığa meyl edirik.

Ayıb həm də paradoksal anlayışdır. Bir tərəfdən dediyimiz hər şey ayıbdır, digər tərəfdən isə ayıb hesab etdiyimiz şeyi gizlində edənlərin sayı az deyil. Məsələn, küçədə əl-ələ tutmaq ayıbdır, amma gizli münasibətlər normal sayılır. Qızın evə gec gəlməsi ayıbdır, oğlanın gecə həyatına isə normal baxılır. Qadının kişidən ayrılması ayıbdır, kişi ailəni tərk edərsə, mütləq bəraət qazandırılacaq bir səbəb tapılır.

Nəticədə insanların dediklərini yaşamadığı, yaşadığını demədiyi, düşündüklərini gözlətdiyi bir cəmiyyət formalaşır. Belə cəmiyyətlərdə isə ayıbın funksiyası insanın əsl davranışı, onun əxlaq və tərbiyəsindəki naqisləri düzəltmək yox, sadəcə onu gizlətməkdir. Bu isə həmişə şikayətləndiyimiz o ikili standartların möhkəmlənməsinə gətirib çıxarır.

lll

Ayıbın ən çox zərər verdiyi sahələrdən biri də yaradıcılıq, mədəniyyətdir. Şair düşünür, amma yaza bilmir. Rəssam çəkir, amma sərgiləmir. Yazıçı yazır, amma gizlədir. Çünki ayıbın tənqidi gücü, ictimai qınağı, sərt sərhədi bir çox yaradıcı insanın cəsarətini qırır.

Ayıb sənət ruhunun düşmənidir. Çünki sənət eksperimentdir, açıqlıqdır, sərhədsizlikdir, düşündüyünü, hiss etdiyini, gördüyünü, ya da görmək istədiyini buxovlardan azad şəkildə söyləyə bilməkdir. Ayıb isə bunların hamısını "camaat nə deyər?" sualı ilə boğur.

lll

İndi dünyada fərdilik güclənir, şəxsi sərhədlər genişlənir, insanlar daha çox öz həyatlarının sahibi olmaq istəyirlər. Sosial şəbəkələr də bu prosesi sürətləndirir. İnsanlar özlərini daha açıq ifadə edir, daha sərbəst davranmaq istəyirlər.

Amma paradoks ondadır ki, həyatımızın hər küncünə-bucağına hopmuş o ayıb internet mühitində də var, sadəcə forması dəyişib. "Nə deyərlər?" qorxusu indi "kommentlərdə nə yazacaqlar?" şəklində özünü göstərir. Yəni ayıb yalnız ənənəvi həyatın yox, virtual dünyanın da "görünməz polis"inə çevrilib.

Əlbəttə, nə qədər etiraz etməyimizdən asılı olmayaraq, ayıbın tamamilə yox olması da mümkün deyil. Heç məsləhət də deyil. Axı hər toplumda müəyyən etik çərçivələr olur. Amma ayıbın dəyişməsi, yumşalması, daha humanist formaya keçməsi mümkündür. Artıq gənc nəsil "ayıbdır" arqumentindən daha az qorxur, daha çox "mən bunu niyə edirəm?" sualını verir. Bu isə ayıbın bir gün davranış qaydasından çox, mədəni bir ifadəyə çevriləcəyinə ümid yaradır.

Ayıb nə tam pisdir, nə də tam yaxşı. O, toplumun tarixi, mədəniyyəti və etikası içində formalaşmış natural bir mexanizmdir. Ayıbın yaxşı tərəfi insanı cəmiyyət içində məsuliyyətli olmağa sövq etməsidir. O, bəzən sözün, davranışın həddini qoruyur, başqasını incitməkdən saxlayır.

Eyni zamanda onun zərərli tərəfi də var ki, bu da insanı öz həyatından, seçimlərindən, arzusundan, səsindən, cəsarətindən məhrum qoymasıdır. Ayıb çox vaxt vicdanın, insan haqlarının, azad düşüncənin yerini tutur və onları susdurur.

Ayıb mədəniyyəti ilə yaşayan cəmiyyətin qarşısında iki yol var: ya ayıbı qorxunun yox, etik şüurun bir parçasına çevirməli, ya da onun arxasında gizlənib öz narahatlıq və ziddiyyətlərinin üstünü örtməyə davam etməlidir.

İnsanın hər hansı əməli ayıb qorxusu ilə yox, doğru olduğuna inandığı üçün etdiyi üçün ayıbın görünməz divarlarının dağıldığı gün olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see353

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see324

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see314

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see309

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see291

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see278

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see243

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see231

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see230

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see227

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see198

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see193

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see193

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see191

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see183

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see167

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see167

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see159

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see155

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri