Icma.az
close
up
RU
“Mükəmməl Ana” Mifi: Cəmiyyətin Qadına Yüklədiyi Görünməz Rollar FOTO

“Mükəmməl Ana” Mifi: Cəmiyyətin Qadına Yüklədiyi Görünməz Rollar FOTO

Icma.az bildirir, Sia Az portalına istinadən.

Hər il may ayının ikinci bazar günü ölkə başdan-başa güllərlə, sosial media paylaşımlarıyla, ürək dolu mesajlarla dolur. “Ana” – bu söz deyilməyə nə qədər asan, yaşamağa nə qədər ağırdır. Analar Günündə hamı bir az daha səmimi olmağa çalışır, amma doğrudan da düşünürükmü, biz bu qadınlardan nə qədər şey istəyirik?

Analar Günü ilk dəfə 1908-ci ildə, ABŞ-da Anna Jarvis adlı bir qadın tərəfindən anasının xatirəsinə qeyd olunub. O, bu günün yalnız bir şey üçün – ananın sevgisinə və fədakarlığına minnətdarlıq üçün var olmasını istəyirdi. Amma illər keçdikcə bu gün sanki reklam afişalarına, satış kampaniyalarına, “qızıl mesaj” yarışına çevrildi. Güllər soldusa da, anaların daşıdığı yük hələ də çiynindədir.

Mükəmməl Ana? Kimdir O?

“Mükəmməl ana” – bu ifadə bir tərəfdən çox cazibədar, digər tərəfdən çox qəddardır. Sanki ana olmaq yetmir, bir də “ən yaxşısı” olmalısan. Uşaq məktəbdə nəsə düzgün etməsə -“anası məşğul olmur”, ev yığışıq olmasa - “bir ana necə belə yaşayar?”, qadın yorulduğunu dilə gətirsə – “uşağın var da, nə gözləyirdin?” deyilir. Yəni, ana olmaq həm fiziki, həm emosional, həm də sosial cəbhədə bir cəbhədir.

Fransız filosofu Élisabeth Badinter bu məsələyə çox dəqiq yanaşır: “Analıq, təbiətin yox, mədəniyyətin məhsuludur.” Yəni biz analığı bioloji yox, mədəni sosial gözləntilərlə formalaşdırırıq. Ana sevgisi, ana şəfqəti təbiidir. Amma “ana hər şeyi bacarmalıdır”, “özünü unutmalıdır”, “həmişə sakit və nəvazişli olmalıdır” tələbləri sonradan cəmiyyətin qadına yüklədiyi roldur.

Psixoloq: Yetərincə Yaxşı Ana

Britaniyalı pediatr Donald Winnicott “yetərincə yaxşı ana” anlayışını irəli sürərək bir çox qadına nəfəs almaq fürsəti verdi. Onun fikrincə, ana olmaq mükəmməl olmaq deyil sadəcə uşağına reaksiyalar verə bilmək, onu anlamaya çalışmaq, bəzən səhv etmək, bəzən də sadəcə var olmaq kifayətdir. Bu, nə qədər təskinlikverici bir düşüncədir, elə deyilmi? Çünki bir çox ana, özünü uşağına “az faydalı” hiss etdikcə, daha çox yüklənir. Halbuki uşaq üçün ən vacib şey, özünü sevilən və güvəndə hiss etməkdir. Hətta bəzi səhvlər belə uşağın sosiallaşması üçün vacib mərhələdir.

Arxada Qalan Görünməz Yüklər

Bu gün televiziyada, filmlərdə, hətta reklamlarda gördüyümüz “ideal ana” obrazı səhər erkəndən qalxıb bütün evin işini görən, uşağın yeməyini hazırlayıb məktəbə yola salan, yoldaşına çay süzüb təbəssüm edən, sonra işə gedən və günün sonunda yorulmadan kitab oxuyan ana real həyatda yoxdur. Bu obraz qadınları əzən, onların gündəlik əmək və hisslərini görünməz edən bir mifə çevrilib. Amerikalı sosioloq Arlie Hochschild bu görünməz yükə “ikinci növbə” adını verir. Yəni qadın işdən gəlir, amma evdə də “ikinci növbəyə” başlayır. Yemək, paltar, ev tapşırığı, uşağın ruh halı, ailənin koordinasiyası… Və bütün bunlar sadəcə “ana borcudur” deyə görünür.

“Pis Ana” Etiketi: Özünü Düşünmək Ayıb Sayılır

Əgər bir ana tək qalmaq istəyirsə, kinoya getmək, dostlarıyla görüşmək, kitab oxumaq və ya sadəcə susmaq istəyirsə, bu dərhal “özünü fikirləşir” damğasıyla qarşılaşır. Halbuki ana da insandır. O da yorulur, darıxır, ağrıyır, depressiyaya düşə bilər. Amma cəmiyyət ona bunu etməyə icazə vermir. Əslində, ətrafın “ən yaxşı ana” tələbi elə uşaqlar üçün də ağırdır. Çünki mükəmməl ana istəyən uşaqlar gələcəkdə özlərinə və həyat yoldaşlarına da bu gözlənti ilə yanaşır. Beləcə, dövr tamam olur.

Ananı Sevmək – Onu İdeal Görmək Deyil

Gəlin bu Analar Günündə bir az fərqli davranaq. Gül alaq, təbrik edək. Amma ondan daha önəmlisi, onu dinləyək. Yanında oturaq, “Necəsən, ana?” deyək. Bizim üçün nə etdiyini deyil, onun özü üçün nə istədiyini soruşaq. Analar sevildiklərini bilmək istəyir, amma insan kimi – bir robot, bir xidmətçi, bir mələk kimi yox. Qüsurlarıyla, yorğunluğuyla, sevinciylə, gülüşüylə.
Bu gün və hər gün: Anaları yalnız “ana” kimi deyil, qadın kimi, insan kimi görək. Onlara da nəfəs haqqı verək. Çünki ana olmaq təkcə uşaq böyütmək deyil, hər gün özünü unudaraq yaşamaq deyil. Ana olmaq sevilməyi, başa düşülməyi və bəzən də “yox” deməyi haqq etməkdir.

Nigar Şahverdiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri