Baş nazirin burnu ilə bağlı təklif sosial şəbəkədə gündəm OLDU
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Danimarkanın Baş naziri Mette Frederiksen sosial şəbəkə hesabında başına gələn maraqlı hadisəni ictimaiyyətlə bölüşüb.
Redaktor.az xəbər verir ki, Ukrayna səfərindən qayıdan 48 yaşlı siyasətçiyə estetik cərrah şəxsi mesaj yazaraq burnundakı kiçik ləkənin aradan qaldırılmasını təklif edib.
Frederiksen illərdir xarici görünüşü ilə bağlı müxtəlif şərhlərlə qarşılaşdığını bildirib. Baş nazir ona dişlərinin forması, saçlarının nazik olması və botoks etdirməsi ilə bağlı çoxsaylı mesajlar göndərildiyini qeyd edib.
Estetik cərrahın adını açıqlamayan Frederiksen ona verdiyi cavabı da ictimailəşdirib. O, öz görünüşündən məmnun olduğunu və xüsusilə kişi cərrahın bu barədə fikrinə ehtiyac duymadığını vurğulayıb.
2019-cu ildən Danimarkanın Baş naziri olan Frederiksen qadınların yaşlandıqca xarici görünüşləri ilə bağlı təzyiqlərə məruz qalmasını da tənqid edib. O, insanları belə məsələlərə vaxt sərf etməkdənsə, daha vacib mövzulara diqqət yetirməyə çağırıb.
Baş nazir həmçinin burnundakı kiçik fərqliliyin müzakirə mövzusuna çevrilməsindən narazılığını ifadə edib və öz görünüşünü olduğu kimi qəbul edən hər kəsə dəstək mesajı verib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 25 Avqust 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















