Icma.az
close
up
RU
KOBİA nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

KOBİA nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur.

SİA KOBİA-ya istinadən xəbər verir ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulunu dəstəkləmək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə verməkdir.

Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:

- dəri ayaqqabıların istehsalı;

- perlit tərkibli inşaat məhsulları istehsalı;

- dializ aparatı üçün filtr istehsalı;

- məişət avadanlıqlarının yığımı;

- saxsı (keramik) sanitar məmulatlar istehsalı;

- vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi);

- Azərbaycanda elektromobil batareyalarının istehsal potensialı və daxili bazar tələbatının qiymətləndirilməsi;

- 3D printer və 3D çap materiallarının istehsal perspektivləri;

- su təmizləmə və filtr sistemlərinin yerli istehsalının yaradılması imkanları;

- elektron tullantıların təkrar emalı müəssisələrinin yaradılması perspektivləri.

Qeyd olunan istiqamətlər üzrə bazar araşdırmaları yekunlaşdıqdan sonra hesabatlar müvafiq sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarların istifadə etməsi üçün KOBİA-nın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir və belə hesabatlardan bütün sahibkarlar istifadə edə bilərlər.

Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırmasında isə müraciət edən tərəf mikro sahibkar olduqda bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkar olduqda araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırmasının nəticələri üzrə hazırlanmış hesabat yalnız müraciət etmiş sahibkara təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri