Icma.az
close
up
RU
Çempion da bəllidi, 2 ci yeri tutan da, bircə 3 cü yerin sahibi qaldı

Çempion da bəllidi, 2 ci yeri tutan da, bircə 3 cü yerin sahibi qaldı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

32-ci tur çempionu bəlli etmişdisə, 33-cü turda da 2-ci yerin sahibinə aydınlıq gəldi.

Fenomenal sabitlik göstərən “Zirə” ardıcıl ikinci mövsümü “Qarabağ”dan sonrakı pillədə bitirəcək. “Qartallar”ın Avropa, yoxsa Konfrans Liqasında mübarizə aparacağı isə kubokun finalının nəticəsindən asılıdı.
İlk iki yerin sahibi bəlli olsa da, açıq qalan suallar yenə də var. Söhbət ilk növbədə hansı komandanın 3-cü yeri tutacağından və elitanı kimin tərk edəcəyindən gedir. Axı 3-cü yer də avtomatik avrokuboklara vəsiqə deməkdi. “Turan Tovuz” indi hər nə qədər arxayın görünsə də, 4-cü yerin belə lüksü yoxdu.
“Turan Tovuz” cümə günü səfərdə “Zirə”yə uduzmaqla faktiki 3-cü yerdən əlini üzdü. Halbuki qələbə tovuzlular üçün bu mənada yaxşı perspektiv açacaqdı. “Qartallar” mövsümün ən sabit komandalarından biri kimi 2-ci yeri haqq etdi. Kurban Berdıyevin etirafı isə tovuzlu azarkeşləri diksindirdi. Əlbəttə, onun “belə oyunla avrokuboklara yollanmaq çətindi, avrokuboklara yollanmaqdan ötrü kubokun finalında "Qarabağ"a azarkeşlik etməkdən başqa çarə yoxdu” sözlərini nəzərdə tuturuq. Lap tutaq ki, komanda Konfrans Liqasına vəsiqə qazandı. Belə oyun, doğrudan da, biabırçılqı vəd edir.
“Şamaxı” – “Səbail” matçında qələbə hər iki komanda, xüsusən də qonaqlar üçün vacib idi. Amma oyunun böyük bölümündə ehtiyatlı oynayan tərəflər sonra meydanı hərəyə 1 xalla tərk etdi. Bu hesab “Səbail”in elitada qalmaq ümidlərini bir qədər də azaltdı. Açıq-aşkar hiss olunurdu ki, komandalar bir-birinin səhvini gözləyir. Təsadüfi deyil ki, qollar da məhz belə epizodlarda gəldi.
“Araz-Naxçıvan” növbəti dəfə qələbə hesabını qoruya bilmədi. Bu artıq adət halını alıb. Naxçıvanlılar hesabı açandan sonra dayanır, yuxuya gedir və rəqib də istər-istəməz bundan yararlanır. “Sabah”ı isə anlamaq olar. “Bayquşlar” artıq çempionat yolu ilə avrokuboklara vəsiqə şansını itirib. Vasili Berezutskinin üzərinə düşən əsas vəzifə yetirmələrini kubokun finalına qədər formada saxlamaq, həmin oyunda bütün gücünü ortaya qoymaqdı.
Çempionluq rəsmiləşsə də, “Qarabağ” üçün iş hələ bitməyib. Ağdamlılar “Sumqayıt” üzərində inamlı qələbə qazandı, yenə də oyunun axarını idarə etdi. “Kimyaçılar” çempionun təcrübəsi və sistemli oyunu qarşısında aciz qaldı. Qurban Qurbanovun komandası rəqibə ciddi imkan vermədən öz oyununu oynadı və üç xalı əldən vermədi.
“Neftçi” – “Kəpəz” matçında emosiyalar, kəskin dönüş və sonda heç-heçə yaşandı. “Neftçi” heç cür toparlana bilmir. Sanki bu baş məşqçi, komanda və futbolçular nəyin uğrunda oynadığını tam dərk etmir. “Kəpəz” isə növbəti dəfə qəhrəmanlığa qadir olduğunu göstərdi. “Sarı-göylər” gerçəkdən elitada qalmağa layiqdi!
2 may
Zirə - Turan Tovuz 1:0
3 may
Şamaxı – Səbail 1:1
Araz-Naxçıvan – Sabah 1:1
4 may
Qarabağ – Sumqayıt 2:0
Neftçi – Kəpəz 2:2

1. Qarabağ 33 25 5 3 80-19 80
2. Zirə 33 21 4 8 56-26 67
3. Araz-Naxçıvan 33 14 13 6 33-26 55
4. Turan Tovuz 33 12 13 8 39-37 49
5. Sabah 33 8 17 8 45-44 41
6. Neftçi 33 8 13 12 34-47 37
7. Şamaxı 33 9 9 15 31-41 36
8. Sumqayıt 33 8 6 19 27-50 30
9. Kəpəz 33 7 8 18 27-58 29
10. Səbail 33 4 10 19 27-51 22
Bombardirlər: Leandro Andrade (Qarabağ) – 14, Salifu Suma (Zirə) – 12, Cesse Sekidika (Sabah), Davit Volkov (Zirə) – 10.
Növbəti turun oyunları mayın 9-11-i aralığında keçiriləcək: “Sabah” – “Şamaxı”, “Səbail” – “Zirə”, “Turan Tovuz” – “Neftçi”, “Kəpəz” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan”.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri