Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır Faiq Hacıyev
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İyulun 1-dən Kürdəxanıdakı "Hünər" təlim-məşq bazasında toplanışına start verən "Turan Tovuz" hazırlıqlarını davam etdirir.
İyulun 6-da Türkiyəyə yollanacaq "boz qurdlar"ın müdafiəçisi Faiq Hacıyev toplanış barədə fikirlərini Fanat.Az-a bölüşüb:
"Ayın 1-den toplanışa start vermişik və iyulun 6-na qədər məşqlərimizi Bakıda davam etdirəcəyik. Komandada hər şey qaydasındadır, əhval-ruhiyyə yüksək səviyyədədir. Toplanışın əsas mərhələsi üçün Türkiyəyə yollanacağıq. Orada maksimum çalışacaq, çempionatın startına qədər forma yığmaq üçün bütün gücümüzü qoyacağıq. Təbii ki, çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır".
Nihat

Çempionata yekun vuruldu
29 Dekabr 2024 22:49
Faiq Hacıyev: Sevincimi ürəkdolusu yaşaya bilmədim
19 Aprel 2025 12:02
Faiq Hacıyev: Bu gün başqa şeylərdən danışa bilərdik
19 May 2025 16:20
Faiq Hacıyev: Kurban Berdıyev lazım olan açıqlamanı verib
14 Yanvar 2025 16:45
Faiq Hacıyev: Yoldaşlıq görüşləri istədiyimiz hesablarla bitməsə də...
13 Yanvar 2025 17:43

