Icma.az
close
up
RU
“Çempionatdakı bütün komandalarla oynamaq çətindir” Samir Abasov

“Çempionatdakı bütün komandalarla oynamaq çətindir” Samir Abasov

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Neftçi” Misli Premyer Liqasının 21-ci turunda doğma meydanda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çempionatdakı bütün komandalarla oynamaq çətindir. Asan oyun yoxdur. Bütün matçlarda bu cür əziyyət çəkməyimiz normal haldır. Hər iki hissədəki çıxışımızdan razı qaldım. Bu gün həddindən artıq nizam-intizamlı oynamağımız, rəqibə epizod verməməyimiz məni çox sevindirdi. “Şamaxı”nın heyətində də əlinə düşən epizodları dəyərləndirməyi bacaran futbolçular var. Bu da biz və digər komandalar üçün çətinlik yaradır. Azərbaycan Kubokunda keçirəcəyimiz oyuna da köklənmişik. Bugünkü qələbə həmin matç üçün də bizə bir növ motivasiya oldu. 

– Bu gün bir sıra futbolçuların, ələlxüsus Emin Mahmudovun performansında irəliləyiş gözə çarpdı. Bir həftə ərzində nəyi dəyişdiz ki, məğlubiyyətdən sonra futbolçular bu cür çıxış etdilər?

– Ötən turdakı məğlubiyyətin ən böyük səbəbkarı kimi özümü görürəm. Çünki özüm də reallığa yox, adımıza aldandım. Baxmayaraq ki, həmin qarşılaşmada da nizam-intizamlı çıxış etdik, lakin yenə də deyirəm, adımıza aldandıq. Və nəticə də göz qabağında idi. Bugünkü matçda reallığı ortaya qoyduq. Rəqibə epizod verməməli, həddindən artıq düzgün oynamalıyıq. Bizim də reallığımız budur. Xeyli iş görülməlidir. Bu, qapıçıdan başlamış, hücumçuya qədər olan bir prosesdir. İnşallah, qarşıdakı oyunlarda da “Neftçi”nin reallığını göstərməyə çalışacağıq.

– Etiraf edək ki, ilk yarım saat ərzində “Şamaxı” daha yaxşı çıxış edirdi…

– Ştoqrin xeyli müddət meydanda olmadı, daha sonra isə əvəzləndi. Onun yerinə meydana daxil olan Ervin Koffidə təngənəfəslik vardı, çünki birdən-birə meydana daxil olmuşdu. Bu amili nəzərə alsaq, rəqibə üstünlük vermiş olduq. Lakin sonradan matça nəzarəti ələ ala bildik. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 31 Yanvar 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri