Icma.az
close
up
RU
“Çempionatın səviyyənin qalxması üçün keyfiyyətli legionerlərin gəlməsi vacibdi”

“Çempionatın səviyyənin qalxması üçün keyfiyyətli legionerlərin gəlməsi vacibdi”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024/25 mövsümü yarılandı. Bazar günü keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra komandalar qış fasiləsinə yollandı.

“Qarabağ”ın monteneqrolu oyunçusu Marko Veşoviçlə söhbətləşdik.
- İli qələbə ilə başa vurduz. “Araz-Naxçıvan” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdin?
- Çox maraqlı, gərgin oyun idi. Qalib gəlmək istəyirdik. “Araz-Naxçıvan” da çox yaxşı oynadı. Buna baxmayaraq, istəyimizə çatdıq, meydanı 3 xalla tərk etdik. İli qələbə ilə başa vurduğumuza görə çox şadıq. “Araz-Naxçıvan”la arada 8 xal fərqimiz var. İndi yaxşıca dincəlmək olar.
- Birinci hissədə rəqib futbolçu Urfan Abbasovla uzun müddət mübahisə etdin. Nə baş vermişdi, nəyi bölüşə bilmirdiz?
- Matçın gedişində belə gərgin anlar olur. Amma nə baş veribsə, meydanda qaldı. Oyundan sonra hər şeyi unutduq.
- Lakin duran topu arxadan Urfana vurmağın narazılıqla qarşılandı...
- Həmin epizodda top dayanmışdı, mən də Juninyoya ötürmə vermək istəyirdim. Təsadüfən belə alındı. O da elə bildi ki, mən qəsdən ona zərbə endirdim. Lakin mən topa oynamaq istəyirdim.
- Artıq mövsümün ilk yarısı başa çatdı. Ötən illə cari mövsümün ilk iki dövrəsini müqayisə etsək, çempionatın səviyyəsində fərq görürsən?
- Birmənalı şəkildə çempionatın səviyyəsində fərq hiss edirik. Səviyyə fərq artır. Çox səviyyəli futbolçular gəlib. İldən-ilə inkişaf gedir. Azərbaycan çempionatının səviyyənin qalxması üçün keyfiyyətli legionerlərin gəlməsi vacibdi. Bu halda rəqabət, maraqlı oyunların sayı artar. Belədə stadiona daha çox azarkeş toplaşar.
- Uzunmüddətli zədədən qayıtdın. Bir müddət kənarda qaldığını nəzərə alsaq, başa çatmaqda olan ili özün üçün necə dəyərləndirirsən?
- Maraqlı il keçdi. Çox oyun keçirdik. Hər futbolçunun karyerasında zədə olur. Təəssüf ki, həmişə sağlam qalmaq mümkün deyil. Biz də çox oyun keçirdik. Hazırda məndən başqa da zədəli futbolçularımız var. Ümid edirəm ki, 2025-ci il daha yaxşı olacaq. Zədəsiz bir il keçirəcəyik.
- Bəs “Qarabağ” üçün 2024-ü necə qiymətləndirirsən?
- Bu ili bir ömür xatırlayacağıq. 2024-cü ili iki hissəyə bölərdim. Birinci hissəsində biz tarixi nəticələr əldə etdik. “Braqa” və “Bayer” ilə oyunlar heç vaxt unudulmayacaq. İllər sonra da möhtəşəm nəticələrimizi yada salacağıq. Avrokuboklarla yanaşı, mövsümün sonunda həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Təəssüf ki, yaydan sonra hər şey istədiyimiz kimi alınmadı. Çempionlar Liqasında qrup mərhələsində oynamaq istəyirdik. Lakin pley-offda uduzduq. Avroliqada isə 6 matçın 5-də məğlubiyyət acısı yaşadıq. Halbuki daha yaxşı nəticələr qazanamq mümkün idi. Təəssüf ki, nəticələr xeyrimizə olmadı.
- Avroliqada vəziyyət elədi ki, pley-off şansınız çox azdı. Bu məqam son iki oyuna köklənməyinizə mane olmayacaq?
- Xeyr, hər iki matça ciddi yanaşacağıq. Əlimizdən gələni edəcəyik. Lakin indiki məqamda hər şey bizdən asılı deyil. Digər komandaların da necə oynayacağından çox şey asılıdı. Bununla belə, əminliklə deyirəm: biz bütün gücümüzü meydanda qoyacağıq ki, son iki oyunda qələbə qazanaq. Sona qədər mübarizə aparacağıq.
- İlin sonunda müxtəlif sorğular keçirilir. “Futbol+”in ənənəvi sorğusunda Azərbaycanda yerli futbolçulardan kimi ilin ən yaxşısı adına layiq görürsən?
- Bir qədər düşünməliyəm...
- Deyəsən, qəliz sual oldu... “Qarabağ”dakı komanda yoldaşlarından da seçə bilərsən.
- Onda əminliklə Toral Bayramov deyirəm. Gəncdi, bu il çox vacib qollar vurub. Birmənalı şəkildə deyirəm ki, onun gözəl gələcəyi var.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri