Icma.az
close
up
RU
Çempiondan “Kəpəz”ə ziyarət

Çempiondan “Kəpəz”ə ziyarət

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov “Kəpəz” klubunun düşərgəsində olub.

Futbolpress.az xəbər verir ki, bölgənin idman məktəbinin yetirməsi olan paralimpiya çempionu klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb.

Klubun icraçı direktoru Cabir İbrahimov paralimpiyaçıların əzmkar mübarizə aparmaqla hamıya nümunə olduqlarını bildirib. O, dövlət tərəfindən göstərilən diqqət nəticəsində idmançıların beynəlxalq yarışlarda əldə etdikləri uğurların sayının ildən-ilə artdığını, xalqımızın qazanılan qələbələrlə qürur duyduğunu qeyd edib.

Komandanın baş məşqçisi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.

İmaməddin Xəlilov xoş sözlərə və səmimi qarşılanmaya görə kollektivə təşəkkür edib, uşaqlıqdan “Kəpəz” azarkeşi olduğunu deyib. Komandanın çıxışına da toxunan paralimpiya çempionu tarixi derbidə “Neftçi” üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib.

“Həyat mübarizədir, ruhdan düşmək olmaz” deyən Xəlilov idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilmədiyini deyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatdığını bildirib.

Görüşün sonunda parataekvondoçuya komandanın forması hədiyyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Avqust 2026 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri