Çempionlar Liqasında maraqlı olay: Realın baş məşqçisi Arda Gülərə qəzəblənib FOTO
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Çempionlar Liqasının 5-ci tur çərçivəsində ötən axşam "Liverpul"la qarşılaşmada "Real Madrid"in baş məşqçisi Ançelotti heyətdə yer verdiyi türkiyəli Arda Gülərə qəzəblənib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk 11-likdə oyuna başlayan Arda Gülərin zəif performansı və oyunun həssas nöqtəsində kobud ötürmələri Ançelottinin səbr kasasını daşırıb.
Məlumata görə, növbəti kobud səhvlərin birində Ançelotti hər iki əlini yuxarı qaldıraraq “Arda” deyə bağırıb. Budan az sonra, daha dəqiqi, 56-cı dəqiqədə isə o, Arda Gülər Lukas Vaskeslə əvəzləyib.
Xatırladaq ki, "Real" oyundan 2-0 məğlub ayrılıb.
Fərid ASLAN
MİA.AZ


Realın 10 ildə Çempionlar Liqasında qalib gəlməsinin SİRRİ AÇILDI
28 Noyabr 2024 13:05
“Neftçi Çempionlar Liqasında FOTO
10 May 2025 15:46
Çempionlar Liqasında gecənin maraqlı NƏTİCƏLƏRİ
27 Noyabr 2024 09:16
Çempionlar Liqasında növbəti maraqlı oyunlar
06 Noyabr 2024 09:52

