Çempionlar Liqasının Liqa mərhələsində olmaq şansımız var Ferentsvaroş un qapıçısı
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin qapıçısı Dibuş Denes ilk matçdan öncə yer mətbuata açıqlama verib. "Metropol" nəşrinə danışan 34 yaşlı qolkiper iki eyni gücdə olan komandanın üz-üzə gələcəyini deyib:
"Biz ilk matçda meydana mərhələnin taleyini həll etmək niyyəti ilə çıxmayacağıq. Oyunun mahiyyəti belə deyil. Böyük hesab gözləmirəm. Rəqibi tanımaq və cavab matçına üstünlüklə getməyimiz vacibdir. Düşünürəm ki, təxminən eyni gücə malik komandalar qarşılaşacaq. Məncə, xırda detallar çox şeyi həll edə bilər. Meydanda əlimizdən gələni etməliyik. Hər şey istədiyimiz kimi getsə, Çempionlar Liqasının Liqa mərhələsində olmaq şansımız var".
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyun avqusun 19-da Macarıstanda keçiriləcək. Cavab matçı isə 27 avqust tarixində Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















