Icma.az
close
up
RU
Çempionluğun rəsmiləşdiyi tur: “Zirə”dən başqa kimsə qazanmadı

Çempionluğun rəsmiləşdiyi tur: “Zirə”dən başqa kimsə qazanmadı

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında XXXII tur başa çatıb.

“Qarabağ”ın çempionluğunu rəsmiləşdirdiyi turda “Zirə” avrokuboklara vəsiqəni təmin edib. Üçüncü sırada yer alan “Araz-Naxçıvan” isə bürünc medallara bir az da yaxınlaşıb.

Turan Tovuz – Şamaxı 1:1

Turun açılış matçı bərabərliklə başa çatıb. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” “Şamaxı” ilə “sülh”ə imza atdı və şanslarını azaltdı. Qarşıda 4 tur var, ancaq “Araz-Naxçıvan”ın keçilməsi inandırıcı görünmür. “Turan Tovuz”un son turlardakı xal itkiləri komandanı sanki ruhdan salıb və mövsümün əvvəlindəki əzmkar kollektiv nəzərə çarpmır.

“Şamaxı” isə xallarını artırmaqdadır. Çempionatda ciddi iddiası qalmayan və ötən tur “Kəpəz”ə qalib gələn “şirlər” çətin Tovuz səfərindən də bir xalla döndü.

Kəpəz – Zirə 0:1

Qış fasiləsindən sonra yüksələn qrafiklə yoluna davam edən “Zirə”yə qələbə üçün bir qol kifayət etdi. Hər ikisi hissədə üstün futbol nümayiş etdirən “qartallar” gümüş medallara doğru irəliləyir. Üçüncü pillədəki “Araz-Naxçıvan”dan 10 xal öndə olan “Zirə” növbəti turda da qələbə qazanacağı halda, ikinci pilləni təmin edəcək. “Kəpəz” isə “Səbail”in xal qazandığı turda itki ilə üzləşdi. Buna baxmayaraq, komandalar arasındakı fərq 7-dir və növbəti 4 matçda fərqin qapanması inandırıcı görünmür.

Səbail – Araz-Naxçıvan 1:1

Autsayderlə üçüncünün dueli bərabərliklə başa çatdı. Birinci hissədə qonaqlar, ikincidə isə meydan sahibləri daha effektiv oyun sərgilədi. “Turan Tovuz”un xal itirməsindən sonra qələbə qazanmaqla bürünc medal yolunu daha rahatlaşdıra biləcəyi halda, autsayderlə matçda xal itirən “Araz-Naxçıvan”ın qarşıda çətin qrafiki var. Tovuzluların da enişdə olduğunu nəzərə alsaq, üçüncü pillənin əsas favoritinin naxçıvanlılar olduğunu demək olar.

Sabah – Qarabağ 1:1

“Qarabağ”ın 12-ci çempionluğunu rəsmiləşdirən matçda “sülh” qeydə alındı. Ehtiyat qüvvə ilə matça çıxan “atlılar” lazım olan bir xalı əldə etməklə qızıl medalları təmin etdi. Komandalar kubokun finalında da üz-üzə gələcək və bu matç daha çox finala hazırlıq kimi səciyyələndirilə bilər. Hər iki kollektivdə müəyyən sınaqlar aparıldı, aparıcı oyunçulara istirahət verildi. Hesabda geri düşən “Sabah” ikinci hissədə daha çox qol epizodları yaratdı və cəmi 1-ni dəyərləndirdi.

Oyundan sonra çempionluğu “Qarabağ” və azarkeşlərinin daha sakit qarşılanması maraq doğurdu. Artıq onlar üçün də qızıl medallar sanki adiləşib və bu səbəbdən böyük sevinc şahidi olmadıq.

Sumqayıt – Neftçi 2:2

Turun açılış matçı kimi qapanış oyunu da bərabərliklə başa çatdı. “Sumqayıt” 2:0 üstünlük yaxalasa da, sonda bərabərliyə razı oldu. “Neftçi”nin daha çox qol epizodları yaratdığı oyunda tərəflər bir xalla meydanı tərk etdi. İkinci hissədə daha üstün oynayan “ağ-qaralar”ın gücü yalnız 2 qola çatdı.

Turla bağlı maraqlı məqamlardan biri odur ki, 5 oyunun 4-də bərabərlik qeydə alınıb. Üç görüş 1:1, biri isə 2:2 hesabıyla yekunlaşıb. Turda yeganə qələbə qazanan “Zirə” oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri