Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Liverpul"un çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi.
QOL.az xəbər verir ki, "Liverpul"un çempionluq paradı zamanı avtomobillə insanların üzərinə sürən şəxs barəsində məhkəmə hökmü çıxarılıb. Bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, təqsirləndirilən şəxs 21 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə mayın sonunda, azarkeşlər klubun çempionluğunu qeyd edərkən baş verib. Polis qısa müddət ərzində şübhəlinin kimliyini müəyyənləşdirib. Hadisəni törədən şəxsin 53 yaşlı Böyük Britaniya vətəndaşı olduğu açıqlanıb. Hüquq-mühafizə orqanları insidentin terror xarakteri daşımadığını bildirib.
Məlumata görə, sentyabr ayında keçirilən məhkəmə iclasında Kral Dəniz Piyadalarının keçmiş hərbçisi Pol Doyl ona irəli sürülən bütün ittihamları inkar edib. Lakin noyabrda keçirilən növbəti dinləmələr zamanı mövqeyini dəyişən Doyl törətdiyi əməli etiraf edib.
Qeyd edək ki, hadisə zamanı 134 nəfər xəsarət alsa da, onlardan yalnız 29-u dəyən zərərlə bağlı rəsmi ittiham irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 16 Dekabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















