Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qarabağ təbiətimizin cənnət diyarıdır

Qarabağ təbiətimizin cənnət diyarıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu torpağın yaraları sağaldılır, sərvətlərinə qapı açılır

Azərbaycan zəngin təbii müalicə ehtiyatlarına malik ölkə kimi sağlamlığın qorunması, xəstəliklərin qarşısının alınması və müalicəsi sahəsində geniş imkanlara sahibdir. Bu potensialın səmərəli şəkildə reallaşdırılması baxımından Qarabağ və Şərqi Zəngəzur bölgələri xüsusi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibədə də regionun turizm potensialı yüksək qiymətləndirilib: “Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən təbii cənnətdir. Bir sözlə, orada turizmin inkişafı prioritetlərdən biridir... Biz biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik. Hazırda onun üzərində çalışırıq”.

Dövlətimizin başçısının bu bölgələri “təbii cənnət” kimi xarakterizə etməsi təsadüfi deyil. Zəngin və toxunulmamış təbiət, əlverişli iqlim, müalicəvi ehtiyatlar və sürətlə formalaşan müasir infrastruktur burada yeni turizm modelinin əsasını qoyur. Bu model həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan uzunmüddətli inkişafı hədəfləyir. Bu, bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın tarixi torpaqları deyil, eyni zamanda, ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutur. Bu, həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan uzunmüddətli inkişafı hədəfləyir.

Müsahibədə xüsusi vurğulanan mühüm məqamlardan biri də infrastrukturun qurulmasıdır. Dağlıq və çətin relyef şəraitində elektrik xətlərinin çəkilməsi, körpülərin, dördzolaqlı avtomobil yollarının və uzun tunellərin inşası təkcə mühəndislik uğuru deyil, eyni zamanda, turizmin gələcək inkişafı üçün möhkəm təməldir. Yeni dəmir yolları və magistral avtomobil xətləri Qarabağı ölkənin digər regionları ilə etibarlı və təhlükəsiz şəkildə birləşdirəcək.

Bundan başqa, qeyd olunur ki, artıq Şuşa və Laçında mehmanxanalar fəaliyyət göstərir, Zəngilanda yeni mehmanxana tikilir, Kəlbəcərin İstisu ərazisində müasir turizm obyektinin açılışı gözlənilir. Yaxın perspektivdə Xankəndidə də mehmanxananın istifadəyə verilməsi mümkündür. Bu faktlar göstərir ki, bölgədə turizmin inkişafı təsadüfi deyil, dövlət səviyyəsində planlaşdırılmış və ardıcıl şəkildə həyata keçirilən siyasətdir.

Yaranan yeni reallıq isə Qarabağ və Şərqi Zəngəzuru beynəlxalq münasibətlər, biznes və səyahət baxımından da cəlbedici məkana çevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş ərazilər artıq beynəlxalq turizm bazarı üçün açıqdır və burada istirahət turizmi ilə yanaşı, biznes və sağlamlıq turizmi üçün də geniş perspektivlər mövcuddur. Bu, Azərbaycanın beynəlxalq arenada tanıdılması, müsbət imicinin möhkəmləndirilməsi və mədəni diplomatiyanın gücləndirilməsi baxımından önəmlidir.

Bu barədə XQ-yə danışan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Kamran Abdullayev bildirdi ki, bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişdirərək onu bütövlükdə sağlamlıq və istirahət məkanına çevirir: “Regionun uzun illər formalaşmış kurort ənənələri müasir yanaşmalar və yeni texnologiyalar əsasında bərpa olunur, təbii müalicə ehtiyatları qorunmaqla səmərəli və məqsədyönlü şəkildə istifadəyə verilir. Burada yaradılan müasir infrastruktur, bərpa olunan tarixi-mədəni irs və təbii sərvətlərin səmərəli istifadəsi regionu təkcə iqtisadi baxımdan deyil, həm də sosial və siyasi aspektlərdən ölkənin inkişaf xəritəsində ön mövqeyə çıxarır. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə dayanıqlı inkişaf, regional sabitlik və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi kimi çıxış edir.

Onu da qeyd edək ki, bu proses təkcə fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda, Qarabağın təbii-ekoloji balansının saxlanılmasını və insanla təbiət arasında harmoniyanın bərpasını hədəfləyir. Nəticədə Qarabağ insanla təbiətin vəhdətinin nadir nümunəsi kimi formalaşır. Burada şəfa yalnız suda, palçıqda və havada deyil, bütövlükdə torpağın ruhunda cəmlənib. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər də bu reallığı aydın şəkildə təsdiqləyir: Qarabağ artıq təkcə bərpa olunan ərazi deyil, eyni zamanda Azərbaycanın gələcək sağlamlıq və turizm mərkəzi kimi strateji mövqeyini möhkəmləndirən mühüm inkişaf məkanına çevrilir”.

Qəhrəman YUSUPOV,
Qarabağ Universitetinin müəllimi

Azərbaycan hökuməti Qarabağ regionuna xüsusi turizm zonası statusu verib. Bu status regionda turizmin inkişafı məqsədilə xarici investisiyaların cəlb olunmasını nəzərdə tutur. 2022–2026-cı illəri əhatə edən Dövlət Turizm İnkişaf Proqramı çərçivəsində Qarabağda genişmiqyaslı turizm layihələrinin icrası planlaşdırılır. Strategiyada bu sahədə infrastrukturun inkişafı, marketinq fəaliyyətlərinin gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanır.

Regionun ərazisində 120-yə yaxın müalicəvi mineral su mənbəyi mövcuddur. Sovet dövründə Kəlbəcər, Şuşa və Laçında sanatoriyalar və istirahət mərkəzləri fəaliyyət göstərirdi. Hazırda Kəlbəcərdə inşa edilən “İstisu” sanatoriyasında ildə təxminən 50 min pasiyentin qəbul edilməsi nəzərdə tutulur. Qarabağın mineral sularının göstəriciləri İsveçrə, Gürcüstan, Çexiyanın Karlovı Varı və Rusiyanın Mineralnıye Vodı kurortları ilə müqayisə oluna biləcək səviyyədədir.

Regionun əlverişli iqlimi və minerallarla zəngin suları onun yüksək kurort potensialına malik olduğunu sübut edir. Xankəndidən Şuşaya doğru ərazilərdə Şirlan, Çərəktar, Turşsu və digər mineral bulaqlar yerləşir.

Qarabağ Universitetinin tələbələrinə regionun mineral bulaqları və müalicəvi bitkiləri barədə məlumatların toplanması ilə bağlı tapşırıqlar verilir. Tələbələr bu bilikləri Qarabağa gələn qonaqlarla bölüşərək regionun həm mədəni-tarixi, həm də müalicəvi imkanlarının tanıdılmasına töhfə verirlər.

Bölgədə 600-dən çox müalicəvi bitki növünə rast gəlinir. Bu bitkilər əsasında müalicə mərkəzlərinin yaradılması turist axınının artmasına ciddi təsir göstərə bilər. Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçirilən təlimlərdə kənd sakinlərinə müalicəvi bitkilərin turistlərə faydası barədə məlumat verilir.

Nəticə etibarilə, sağlamlıq turizmi insanların sağlamlığının qorunması və bərpasına yönəlmiş mühüm turizm növüdür və Qarabağ və Şərqi Zəngəzur bu sahədə Azərbaycanın ən perspektivli regionlarından biridir.

P.ƏFƏNDİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri