Icma.az
close
up
RU
Cənnətdə yarmarka olacaq? İlahiyyatçı AÇIQLADI

Cənnətdə yarmarka olacaq? İlahiyyatçı AÇIQLADI

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli ilahiyyatçı Nihat Hatiboğlunun "Bəzi hədislərdə Cənnətdə yarmarkaların olduğuna dair məlumatlar var. Orada nə istəsəniz olacaq. Lakin qarşılığında pul verməyəcəksiniz" açıqlaması gündəm olub. Bəs görəsən, doğrudan da, dini qaynaqlarda belə bir hədis varmı?

İlahiyyatçı Tural İrfan Pravda.az-a açıqlamasında deyib ki, Cənnət və Cəhənnəmin, ümumiyyətlə, axirət aləminin tam mahiyyəti, keyfiyyəti, kəmiyyəti, məkanı insanlığa tam məlum deyil:

““Qurani-Kərim”də nə qədər məlumat verilibsə, o qədər anlamaq mümkündür. Məhəmmdə Peyğəmbərdən 200-250 il sonra yazılmış bir çox hədis kitabları var ki, orada bu məzmunda çoxsaylı hədislər, rəvayətlər mövcuddur. Həmin mətnlərin səhihliyi, tam doğruluğu birmənalı qəbul olunmur, çünki uydurma hədislər çoxdur. Axirət aləmi barədə “Qurani-Kərim” ayələrində detallar tam açıqlanmır. Bəzi ayələrin açıqlamasında İslam filosofları, İbn Sina, İbn Rüşd, Fərabi fəlsəfi yanaşmalarını ortaya qoyublar. Əsasən Əl-Kindi fəlsəfə ilə vəhyi uzlaşdırmaq prinsipini ortaya qoymuşdu və izahları fəlsəfi yöndən mümkün hesab edirdi. Cənnət və Cəhənnəmdəki həyat, mövcudatın keyfiyyəti, eyni zamanda fiziki qanunlara uyğun olub-olmaması barədə konkret fikir demək çətindir. Çünki bu dünyanın nizam və keyfiyyətindən tamamilə fərqli bir aləmdən söhbət gedir və bu haqda da yalnız “Qurani-Kərim”in verdiyi konkret məmulatlar mövcuddur. Hətta İbn Sina kimi böyük filosof bəzi axirət məsələləri haqda fikir söyləməkdə çətinlik çəkərək məlumatın doğru şəxs tərəfindən verildiyi üçün qəbul edilməli olduğunu söyləmiş, daha o barədə şərh verməyib. Bu mənada Cənnətdə alver, yaxud bu dünyaya xas sosial həyat barədə fikir demək doğru deyil. İnsan ağlı axirət aləminin keyfiyyətini izah etməyə tam müqtədir deyil. “Qurani-Kərim”də bəhs edilir ki, Cənnətdə mömin bəndələr üçün istənilən nemətlər mövcuddur. Yarmarka, sərgi, bazar kimi ifadələrlə axirət aləmini dünyaya bənzətmək “Qurani-Kərim”in məntiqinə ziddir. Ora alver yeri deyil, nemətlərdən bəhrələnmək yeridir. İbn Sinaya görə, axirətdə diriliş ruhən ola bilər. Çünki çürümüş cəsədlər barədə onun fikri fərqlidir. Demək ki, ruhən dirilişdə də Cənnətdə qidalanma və sair dünyaya məxsus xüsusiyyətlər başqa cür olacaq. Yaxud bəzi filosoflar isə ilkin yaradılışı əsas gətirərək dirilişin həm ruhən, həm də cismən olacağını qeyd edirlər. Hər bir halda qeyd olunan mövzudakı hədislərin çoxu uydurmadır. Cənnətdəki nemətlərin maddəsi, tərkibi, ümumiyyətlə, sözügedən ali məqamın məkanı hələ heç kəsə məlum deyil. Yalnız “Qurani-Kərim”in xəbər verdiyi məlumatlarla kifayətlənib, ona iman gətirmək lazımdır. Artıq sözlər və şərhlər elmi, fəlsəfi əsası olmasa, boş cəfəngiyyatdan savayı bir şey deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see192

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see127

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see114

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri