Cennifer Lopez: İnsanlar bir birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatı, xüsusilə ayrılıqlar və qəlb qırıqlığı barədə səmimi etiraflar edib. 56 yaşlı ulduz qonaq olduğu "Subway Takes" internet-şousunda ayrılıqlara tam fərqli prizmadan baxmağın vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "PEOPLE" jurnalı məlumat yayıb.
C.Lopez bildirib ki, münasibətlərə son qoymaq heç də məğlubiyyət demək deyil:
"Ayrılıqlar uğursuzluq deyil. Mən səmimi qəlbdən inanıram ki, məhz onlar insanın özünün daha yaxşı versiyasına çevrilməsi üçün bir başlanğıc nöqtəsidir. Hətta ayrılıqların şərəfinə şənliklər təşkil etmək lazımdır. İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir. Çünki birincisi, siz bir qərar qəbul etmisiniz, ikincisi isə, çox güman ki, bu, hamı üçün ən yaxşı çıxış yolu olub".
Aktrisanın fikrincə, münasibətləri bitirməyə cəsarəti çatan insanlar əslində "qaliblərdir": "Əgər siz həyatda irəliləyib sadəcə insanların qəlbini qırırsınızsa, bax əsl uduzan sizsiniz".
Hollivud ulduzu qəlb qırıqlığını mühüm bir həyat dərsi hesab etdiyini də gizlətməyib:
"Mənim emosional, intellektual və psixoloji inkişafımdakı ən böyük sıçrayışlar həmişə qəlb qırıqlığından sonra baş verib. Və bu, təkcə romantik münasibətlərə deyil, həm də işə və ümumiyyətlə hər şeyə aiddir. Məhz belə anlarda insan özünü dərindən təhlil etməyə başlayır. Düşünürsən ki, “Nə baş verdi? Nə etməliyəm? Bu niyə yenidən təkrarlandı? Niyə hər şey məhz bu cür oldu? Nəyi daha yaxşı edə bilərdim?' İnsan məhz belə məqamlarda dəyişir".
Qeyd edək ki, "Can't Get Enough" hitinin ifaçısı Ben Afflek ilə ilk dəfə 2004-cü ildə nişanını pozduqdan təxminən iyirmi il sonra — 2021-ci ildə yenidən bir araya gəlmişdi. Cütlük 2022-ci ildə evlənsə də, bu nikahın ömrü uzun olmayıb və onlar iki il sonra boşanıblar.
Cennifer Lopez bundan əvvəl 2004-2014-cü illərdə müğənni Mark Entoni ilə evli olub. Onların bu nikahdan 18 yaşlı Maks və Emma adlı əkiz övladları var.
Bizim.Media
Baxış sayı:117
Bu xəbər 02 İyul 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















