Cennifer Lopez niyə dörd dəfə ərə getdiyini açıqladı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez dörd dəfə ailə qurmasının əsl səbəbini açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Cennifer Lopes bu barədə “Friends Keep Secrets” podkastında danışıb.
Müğənni uzun illər münasibətlərdə sabitlik, güvən və tənhalıqdan xilas olmaq üçün dayaq axtardığını bildirib.
“İndi başa düşürəm ki, əslində özümə dayaq axtarırmışam. Artıq uzun müddət idi ki, məşhur idim, amma bu dünyada özümü itirmiş kimi hiss edirdim. Bu, çox tənha həyatdır. İnsanlar düşünürlər ki, sən həmişə çox sayda dostlarının əhatəsindəsən. Amma nədənsə yenə də özünü tənha hiss edirsən”, – Lopes etiraf edib.
Sənətçi bildirib ki, həyatı boyunca onu puluna və şöhrətinə görə deyil, sadəcə olduğu kimi sevən, onunla vaxt keçirmək istəyən bir insan arzulayıb. Lopes boşanmaların onun üçün ağır və məyusedici təcrübə olduğunu da gizlətməyib. Xüsusilə sonuncu ayrılığın ona ciddi emosional təsir göstərdiyini deyən müğənni bu barədə ətraflı danışmaq istəməyib. Hazırda sənətçi yeni münasibətə başlamağa tələsmədiyini və tək yaşamağın müsbət tərəflərindən zövq almağı öyrəndiyini bildirib.
Xatırladaq ki, Cennifer Lopes indiyədək dörd dəfə ailə qurub. Onun həyat yoldaşları Ohani Noa, Kris Cadd, Mark Entoni və Ben Afflek olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















