CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətində deyib.
"Təsirli nəticələr əldə edilib... Son bir neçə ay ərzində CENTCOM qüvvələri bir milyard bareldən çox xam neftin Fars körfəzindən Hörmüz boğazı vasitəsilə çıxarılmasını təmin edib. Bu marşrutdan keçərkən 2000-dən çox ticarət gəmisinin uğurla müşayiət olunması və mühafizəsi təmin olunub", - o bildirib.
Kuperin sözlərinə görə, Hörmüz boğazındakı əsas gəmiçilik yolları minalardan təmizlənib, dəniz blokadası dövründə isə İran neftinin ixracının qarşısı tamamilə alınıb:
"Bu zaman İrandan neft ixracı sıfır barel təşkil edib. Biz vəziyyətə ayıq baxışımızı qoruyur və Hörmüz boğazı vasitəsilə daşımaların həcmini artırmağa çalışaraq ABŞ-nin müxtəlif qurumlarından olan həmkarlarımız, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasından olan tərəfdaşlarımız, eləcə də sığorta və gəmiçilik şirkətləri ilə işləməyə son dərəcə köklənmişik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Sentyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















