Icma.az
close
up
RU
Centile: “Mənim xatırladığım əsl “Yuventus”dan heç nə qalmayıb”

Centile: “Mənim xatırladığım əsl “Yuventus”dan heç nə qalmayıb”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“La Gazzetta dello Sport” aprelin son günlərindən birində Klaudio Centiledən müsahibə götürüb. İtaliya yığması ilə DÇ-1982-nin qalibi olan sabiq müdafiəçi “Yuventus”un oyunlarına sona qədər baxa bilmədiyini etiraf edib.

"Football-plus.az" xəbər verir ki, Turin klubunda 1973-84-cü illərdə 415 oyun keçirən, 6 dəfə çempion olan 71 yaşlı dünya çempionu komandanın bu mövsüm çıxış etdiyi turnirlərdəki uğursuzluqlarına görə çox məyusdu.
- Mənim üçün bu haqda danışmaq çətindi. Çünki mən “Yuventus”un formasını daşımağın nə oduğunu yaxşı bilirəm. İndi mənə elə gəlir ki, hazırkı komanda mənim “Yuventus”um deyil.
- Niyə?
- Mənim xatırladığım əsl “Yuventus”dan heç nə qalmayıb. Ola bilsin ki, heyətdəki oyunçulardan yalnız Yıldız böyük istedad yiyəsidi. Ancaq bir türk futbolçu mövcud vəziyyəti dəyişə bilməz. Qalanları məndə komanda kimi yalnız böyük məyusluq doğururlar. Mən futbol oynadığım dövrdə kluba “Avvokato” Anyelli və Campyero Poniperti kimi böyük funksionerlər rəhbərlik edirdilər. Onlar komandaya qoşulan hər bir oyunçuya ilk gündən “oğlan, sən artıq “Yuventus”dasan, bu, xüsusi klubdu, burda bəzi hərəkət və davranışlar yolverilməz hesab olunur” düşüncəsini aşılayırdılar. Həmin rəhbərlər doğru deyirdilər. “Yuventus” həmişə xüsusi qalib mentallığı ilə seçilib. Mənim dövrümdə hətta 2-ci yer yarıbayarı faciəyə bərabər tutulurdu, indi isə komanda A seriyasında 4-cü yerə iddiasını davam etdirdiyinə görə sevinirlər... “Yuventus” yalnız skudetto uğrunda mübarizə aparmalıdı, zirvədən çox uzaq düşən komanda olmamalıdı.
- Uğursuz mövsüm və ya məyusluq?
- Hər baxımdan məyusluq. Ötən yay klubun düşərgəsində eyforiya hökm sürürdü, komandaya böyük ümidlər bəslənilirdi, amma bu vəziyyət tədricən aradan qalxdı. Bayaq səsləndirdiyim fikirlər yalnız mənə məxsus deyil. Hər gün ünsiyyətdə olduğum azarkeşlərin əksəriyyəti belə düşünür.
- Bəs hazırkı vəziyyətə görə kim daha çox məsuliyyət daşıyır?
- Zərbə altına düşən ilk şəxs məşqçi olur. Həqiqətən də, belə oldu və Tyaqo Motta istefaya göndərildi. Əlbəttə, uğursuz nəticələrə görə onun da günahı vardı, hadisələr məhz belə cərəyan etdiyi üçün təəssüflənirəm. O, əvvəlki mövsümdə “Bolonya” ilə baxımlı oyunu lazımi nəticələrlə sinxronlaşdıra bilmişdi. Amma “Yuventus” başqa səviyyəli klubdu, burda yalnız titullar qazanmalısan. Hələ 19 yaşımda Turinə gələndə bunu mənə Boniperti ilə komandanın məndən yaşca böyük olan oyunçuları başa salmışdılar. Boniperti indiki uğursuzluqlardan sonra növbəti mövsümdə yüksək məvacib alacağına ümid edə bilməzdi.
- Sizcə, o, hazırkı vəziyyəti necə qəbul edərdi?
- Bilmirəm, ona görə ki, onun dövründə vəziyyətin bu dərəcədə pis ola biləcəyini düşünmürəm. Boniperti “Yuventus”u hamıdan yaxşı tanıyırdı və oyunçuların qabiliyyətinə bələd idi: transfer məsələsində nadir hallarda səhvə yol verirdi. Mövcud nəticələrə nəzər salsaq, Cuntoli haqda tamamilə fərqli fikirdəyəm. O, transfer bazarında çox səhvlər edib.
- Sizi daha çox kim məyus edib: 51 milyonluq Koopmeyners, 50 milyonluq Duqlas Luis, yoxsa 33 milyon avroya alınan Qonsales?
- Bu mənada konkret ad çəkməyin tərəfdarı deyiləm, amma bir sıra oyunçuların çoxlarını məyus etdiyi aydın məsələdi.
- “Yuventus” Çempionlar Liqasına vəsiqə qazana biləcək?
- Buna ürəkdən ümid edirəm. Amma “Parma”ya məğlubiyyətdən sonra içimdə bir qədər həyəcan baş qaldırıb.
- Hansı komanda İtaliya çempionu olacaq?
- Kontenin “Napoli”sinə pitsadan mərc edərdim.
- İqor Tudoru növbəti mövsüm üçün komandada saxlayardız, yoxsa Konteni geri qaytarardız?
- Tudor baş məşqçi vəzifəsində yalnız bir neçə oyun işləyib. “Yuventus”da isə məşqçilərin fəaliyyətini nəticələrə görə mühakimə edirlər. Baxarıq, görək komanda mövsümü neçənci yerdə başa vuracaq. Hələlik konkret nəsə demək olmur.
- Bəs Kontenin Turinə mümkün dönüşü haqda nə deyərdiz?
- Antonio qalib ruhuna malikdi, “Yuventus”u çoxlarından yaxşı tanıyır. Onun dönüşü klub üçün müsbət amil ola bilər. Oyunçulara formasını daşıdıqları klubun əsas xüsusiyyətlərini başa salan şəxsin mövcudluğu həmişə faydalıdı.
- Artıq klubda işləyən Kyellininin fəaliyyəti haqda nə düşünürsüz?
- O, klubun əsl əfsanəsi və doğru dəyərlərə malik şəxsiyyətdi. Corco “Yuventus”un yeni layihəsinin mərkəzində olmağa layiqdi. İşlər qaydasında getməyəndə Boniperti oyunçulara klubun hansı anlama gəldiyi haqda danışırdı. Kyellini eyni funksiyanı yerinə yetirə bilər, ağ və qara rəngləri onun qanına hopub. Bundan başqa, o, möhtəşəm müdafiəçi olub... İndi onun səviyyəsində müdafiəçiyə nadir hallarda rast gəlinir. Hamı yalnız mərkəz müdafiəçisinin hücumu başlamağı bacarıb-bacarmamasına baxır.
- Klub ötən yay xarici ölkələrdən olan 12 futbolçunun transferinə görə 200 milyon avrodan çox xərcləyəndən sonra indi yalnız bir italiyalını – Tonalini hədəf seçib. Komandanın keyfiyyətli sıçrayışı üçün bir yerli oyunçu alması kifayət edər?
- Bu, əla transfer olardı, bir də ki, Tonali italyandı. Sandronun “Yuventus”da daha güclü oyunçuya çevrilə biləcəyinə əminəm. Amma skudettoya real şəkildə iddia etmək üçün hər mövqeyə yüksək səviyyəli oyunçular alınmalıdı. “Yuventus”da inqilaba ehtiyac yoxdu, ancaq komandanın səviyyəsini qaldırmaq vacibdi.
- Sizin dövrünüzdən olan hansı futbolçu bu gün Tudorun komandasına Çempionlar Liqasına vəsiqə qazanmaqda daha faydalı ola bilərdi?
- Paolo Rossi kimi əsl bombardir. Vlahoviç ilə Kolo Muani çoxdandı qol vura bilmirlər. Amma Boniperti ilə əsla indiki kimi vəziyyət yarana bilməzdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri