Icma.az
close
up
RU
Cənub bölgəsinin xalq memarlığı

Cənub bölgəsinin xalq memarlığı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ləmlər tarixin yadigarlarıdır

Ləm dedikdə, gözümüzün önündə “Ulduz” bədii filmindəki Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsi canlanır. 1964-cü ildə Ağarza Quliyevin rejissorluğu ilə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operattası əsasında “Ulduz” bədii filmi Astara rayonunda çəkilib. Filmin nümayişindən sonra cənub bölgəsinin qədim memarlıq incisi olan ləm daha da məşhurlaşıb.

Yaxşı xatirimdədir, – deyə Astara rayonunun Ərçivan qəsəbəsinin 75 yaşlı sakini Bəşirağa Axundov uşaq yaşlarında gördüyü ləmlər barədə danışır. Əksər həyətlərdə ikimərtəbəli tikililər-ləmlər ucalırdı. Qəsəbəmizdə, əsasən XVIII-XX əsrin əvvəllərində 4 dirək və yaxud qırmızı kərpicdən hörülmüş 4 sütun üzərində ikimərtəbəli ləmlər inşa edilib. Tikintisində ancaq yerli meşə materialından istifadə olunub. Taxta və şalbanlar keçirmə üsulu ilə bərkidildiyindən mıxdan istifadə olunmayıb.

Ləm yay istirahət evi, yaxud küləfirəngi də adlanır. Birinci mərtəbəsində məişət əşyaları saxlanılıb və yardımçı otaq kimi istifadə olunub. İkinci mərtəbəyə taxta pilləkənlər qalxıb və bura istirahət üçün nəzərdə tutulub. Yayda havaların isti keçdiyi nəzərə alınaraq ləm 4 tərəfdən açıq saxlanılıb.

Bir vaxtlar təkcə Ərçivan qəsəbəsində 50-yə yaxın, həmçinin Kakalos, Siyətük, Şahağac, Şiyəkəran, Rudəkənar, Təngərüd, Səncərədi, Bala Şahağac və Pensər kəndlərində çoxlu ləmlər olub.

Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin direktoru, tarixçi-tədqiqatçı, “Astaranın tarix və mədəniyyət abidələri” kitabının müəlliflərindən biri Nuranə Həmidova “Ulduz” filminin məlum səhnəsinin lentə alındığı məşhur ləm haqqında maraqlı söhbət açdı:

– Ləmlər cənub bölgəsinin nadir memarlıq incilərindən sayılır. Ötən əsrin 60-70-ci illərinə qədər Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının qəsəbə və kəndlərində ləmlərə daha çox rast gəlinirdi. Sonralar onların müəyyən hissəsi uçulub-dağılmış, müəyyən qismi isə sökülmüşdür. Bu gün bölgəmizdəki ləmləri barmaqla saymaq olar.

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Masallıda 1, Lənkəranda 4, Astarada 20 ləm olmaqla, ümumilikdə, 25 ləm memarlıq abidəsi kimi qeydə alınıb. Çox təəssüf ki, ləmlərin böyük əksəriyyəti artıq mövcud deyil.

Böyüyüb boya-başa çatdığım Ərçivan qəsəbəsində cəmi bir ləm qalıb. Qəsəbə sakini Əsədulla Musayevin həyətində tikilmiş ləmin 120 yaşı var. Ümumi sahəsi 40 kvadratmetrdir. Ləmin birinci mərtəbəsi qırmızı kərpicdən hörülmüş 4 sütun, ikinci mərtəbəsi isə dirəklər üzərində qurulub. Yaşlıların dediklərinə görə kərpiclərin hörülməsində yumurtadan istifadə edilib. Əvvəllər damı lığ, küləş və qamışla örtüblər, sonralar isə kirəmitlə əvəz edilib. Ləm Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 4091 inventar sayı ilə 1906-cı ilə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.

Onu da deyim ki, yazıçı Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını qələmə alanda görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin uşaq vaxtı Ərçivanda olduğunu biləndə qəsəbəyə gəlib. Yazıçı ləmin inşası ilə də maraqlanıb və burada istirahət edib.

Uzun illər baxımsızlıq üzündən bu nadir memarlıq abidəsi uçulub dağılırdı. 2022-ci ilin oktyabr ayında intensiv yağan güclü yağışlar nəticəsində ləm qəzalı vəziyyətə düşmüşdü. Astaradan Milli Məclisin üzvü seçilmiş kardioloq-cərrah, professor Rəşad Mahmudov və qabaqcıl təhsil işçisi, tarixçi-tədqiqatçı Nuranə Həmidovanın təşkilatçılığı, qəsəbə ziyalılarının, xeyriyyəçilərin maliyyə dəstəyi ilə milli oramentlər, naxışlar, qədim memarlıq üslubu saxlanılmaqla ləm 2023-cü ilin mart–aprel aylarında əsaslı şəkildə yenidən bərpa edilib. İndi qonaqların, yerli və xarici turistlərin nəzər-diqqətini cəlb edən və ən çox üz tutduqları ünvana çevrilib.

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin qabaqcıl tarix müəllimi, tədqiqatçı, Lənkəran, Masallı və Astara rayonlarının tarix və mədəniyyət abidələri haqqında kitabların müəlliflərindən biri, “Qızıl qələm” media mükafatı laureatı İldırım Şükürzadə 1980-ci illərə kimi doğma Havzava kəndində 7 ləmin olduğunu bildirdi. Sonralar ləmlərin dağılıb sıradan çıxdığını, yerli əhəmiyyətli tarixi abidələr siyahısından silindiyini təəssüflə qeyd etdi.

Lənkəran rayonunun Boladi kəndinin Seyidoba məhəlləsindəki daha bir ləm diqqətimizi cəlb edir. XIX əsrin ortalarında Eldar Həsənova məxsus həyətdə tikilib. 1 saylı Boladi kənd klubunun mədəni təşkilatçısı Samirə Ağayeva dedi ki, əvvəllər kənddə bir çox evlərin həyətində belə ləmlər olub. Yay aylarında sərinləmək və istirahət etmək üçün ləmlərdən istifadə olunub. Hazırda Eldar Həsənovun övladlarının yaşadığı həyətdəki ləm kəndimizdə yeganədir. Əsr yarımdan çox yaşı olan ləmin əsaslı təmirə və bərpaya ciddi ehtiyacı var.

Ləmlər cənub bölgəsinin xalq memarlığının nadir, qiymətli nümunələrindəndir. Bu tarixi abidələrin qorunub gələcək nəsillərə çatdırılması çoxəsrlik memarlıq mədəniyyəti ənənələrinin və tarixi yaddaşın yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri