Icma.az
close
up
RU
Cənub futbolu diqqətdən kənar qalıb? AÇIQLAMA

Cənub futbolu diqqətdən kənar qalıb? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Lənkəran” FK Lənkəran şəhərini təmsil edir və AFFA-dan verilən məlumata görə, hazırda Regional Liqada çıxış edir. Ancaq peşəkar futbol klubu sayılmır. Əvvəllər "Xəzər Lənkəran" adlı futbol klubu mövcud idi və bu komanda Azərbaycan futbolunun ən populyar klublarından biri hesab olunurdu. 2014-cü ildə Azərbaycan Kubokunu qazansa da, 2016-cı ildə maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı. O vaxtdan bəri Lənkəranı təmsil edən peşəkar futbol klubu yoxdur.

Futbol eksperti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bölgə region futbol klublarından danışıb.

O bildirib ki, təkcə Lənkəran yox, ümumilikdə Cənub bölgəsi Azərbaycanın futbol fabriklərindən biri sayılır. Bu bölgədə futbola böyük maraq var və zaman-zaman istedadlı futbolçular yetişib:

“Bu bölgədə, demək olar ki, 1 milyona yaxın əhali məskunlaşıb. Azərbaycan əhalisinin onda biri Cənubda yaşayır. Vaxtilə “Xəzər Lənkəran”dan savayı, Masallının “Viləş” komandası da elitada oynayıb. Həmin komandanın heyəti tamamilə yerli futbolçulardan ibarət olub. Yerli futbolçuların sayı o qədər çox olub ki, digər komandalarda da Masallı, Lənkəran, Cəlilabaddan olan futbolçular çıxış ediblər. “Viləş” yerli futbolçularla avrokuboklara vəsiqə qazanıb”.

Ekspert deyib ki, belə münbit “futbol fabriki” AFFA-nın sabiq rəhbərləri – Rövnəq Abdullayevlə Elxan Məmmədovun qruplaşmaları tərəfindən dağıdılıb:

“İnfrastruktur məhv edildi, uşaq futbolu sıradan çıxarıldı. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA Azərbaycan çempionatını “Bakı çempionatı”na çevirdi. İndi Cənubda futbol yalnız “Xəzər Lənkəran” və “Viləş”in veteranlarını maraqlandırır. Yalnız onlar nəsə etməyə çalışırlar, min bir əzabla uşaq futbolunun tam dağılmasının qarşısını alırlar. Bölgədə böyük futbol üçün infrastruktur, demək olar ki, yoxdur. Lənkəran stadionu dağılmaq ərəfəsindədir. Bölgə futboluna böyük zərbə vuranlardan biri də Mübariz Mənsimov olub. Lənkəran stadionun ona məxsusdur, baxımsızlıqdan dağılır. Masallıdakı stadionu da vaxtilə Mübariz Mənsimova, demək olar ki, havayı verdilər. Söz vermişdi ki, orada yeni stadion inşa edəcək, futbol akademiyası açacaq. Amma heç nə etmədi. Üstəlik, stadionu da geri qaytarmır. Stadionu geri qaytarsa, hansısa iş adamı orada infrastruktur qura bilər”.

N.Muxtarlı yeni AFFA rəhbərliyinin bölgə klublarının sayını artırdığını da qeyd edib:

“Amma belə görünür ki, Cənub futbolu onların da gözündən uzaq düşüb. Azərbaycanın bölgələri arasında belə ayrı-seçkilik etməklə futbolu inkişaf etdirmək mümkün olmayacaq. Futbolun inkişafını istəyiriksə, toxum ənənəsi, futbol dəyərləri olan bölgələrə səpmək lazımdır. Azərbaycan futbolunun ən münbit bölgəsi isə Cənubdur. Burada futbol olmayacaqsa, Azərbaycanda futbol olmayacaq. AFFA rəhbərliyi baxışını dəyişməli, Cənub bölgəsində infrastrukturun yaradılması, komandaların qurulması ilə bağlı real addımlar atmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Mart 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri