Cənub Qaz Dəhlizi layihəsi üzrə ilk dəfə ARDNF a vəsait ödəniləcək
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
2025-ci ildə Cənub Qaz Dəhlizi layihəsi üzrə 233,1 mln ABŞ dolları və ya 396,2 mln manat vəsaitin Dövlət Neft Fonduna ödənilməsi proqnozlaşdırılıb.
Teleqraf.com Hesablama Palatasına istinadən xəbər verir ki, Fondun büdcəsinin gəlirlər hissəsində ilk dəfə olaraq Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmləri üzrə ödəniləcək dvidendlərin məbləği yer alıb.
STAR layihəsi üzrə isə dividend ödənişlərinin 2026-cı ildən etibarən icra edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















