Icma.az
close
up
RU
Cənub Qaz Dəhlizi: Azərbaycandan Qərbə “mavi körpü”

Cənub Qaz Dəhlizi: Azərbaycandan Qərbə “mavi körpü”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın enerji resurslarının şaxələndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi mühüm enerji müttəfiqinə və strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını mühüm mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb.

Dövlətimizin başçısı deyib: “Bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.

Son illər dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platforması mədən yanacağına marağı nə qədər azaltsa da, yaxın perspektivdə təbii qazdan imtina real görünmür. Məlum olduğu kimi, hazırda Avropanın 10 ölkəsi: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya Azərbaycandan qaz alır. Bütövlükdə isə, Azərbaycan Türkiyə və Gürcüstan da daxil olmaqla 12 ölkəyə “mavi yanacaq” ixrac edir. Bununla belə “köhnə qitə”də təbii qaza ciddi ehtiyac duyulduğu indiki şəraitdə bu siyahının daha da genişlənəcəyi şəksizdir. Eyni zamanda, ölkəmizin zəngin qaz ehtiyatları fonunda yeni-yeni yataqların istismara verilməsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinə zərurət yaradır.

Aprelin 4-də Bakıda öz işinə başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın tam iş gücündə işlədiyini vurğulayaraq onların genişləndirməsinin zərurliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra deyib: “Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.

Energetika naziri Pərviz Şahbazov isə Bakı enerji toplantısında bildirib ki, geosiyasi gərginliyə və bazarlardakı volatilliyə baxmayaraq, təbii qaz enerji təhlükəsizliyinin ən təməl daşı, strateji zənginlik olaraq qalır və uzun müddət energetikanın mərkəzi komponenti olacaq. Azərbaycan qazının əhəmiyyətinə gəldikdə isə, nazir deyib ki, Cənub Qaz Dəhlizi Avropa üçün strateji zənginlikdir və bu bizim planlarımızın ayrılmaz hissəsidir.

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan TAP-ın icraçı direktoru Luka Skyepatti Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşüb.

Görüşdə etibarlı enerji təchizatında təbii qazın və infrastrukturların inkişafının əhəmiyyəti, Trans-Adriatik Boru Kəməri layihəsinin genişləndirilməsi prosesinin cari vəziyyəti nəzərdən keçirilib. Cənub Qaz Dəhlizinin, o cümlədən TAP-ın enerji təhlükəsizliyinin təminatında strateji rolu yüksək qiymətləndirilib. Bildirilib ki, TAP qaza olan tələbatın İtaliyada 15 faizini, Yunanıstanda isə 18 faizini təmin edir. Ümumilikdə isə, sözügedən boru kəməri ilə Avropaya indiyədək, ümumilikdə, 45 milyard kubmetrdən çox qaz tədarük edilib. Söhbət zamanı 2026-cı ildən etibarən kəmərin 1,2 milyard kubmetr genişləndirilməsindən sonra növbəti nəzərdə tutulan addımlar, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı müzakirələr aparılıb.

Bu arada, TAP konsorsiumun rəhbəri ölkə mətbuatına verdiyi açıqlamada boru kəmərinin genişləndirilməsinin ilk mərhələsi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəsinin əvvəlində Cənub Qaz Dəhlizinin Avropa zənciri sayılan TAP konsorsiumunun nümayəndələrinin uzun illərdir ki, energetika nazirlərinin Bakı toplantısında müntəzəm şəkildə iştirak etdiklərin bildirən Luka Skyepatti deyib: “Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 11-ci iclasında iştirak edirik – bu Cənub Qaz Dəhlizinin həm region üçün, həm də onun hüdudlarından kənarda vacib bir infrastruktur kimi strateji əhəmiyyətini vurğulamaqla müxtəlif Avrasiya ölkələri, beynəlxalq təşkilatlar və TAP kimi korporasiyaların nümayəndələrini bir araya gətirən vacib bir tədbirdir. Builki iştirakımız enerji təhlükəsizliyi və karbonsuzlaşdırma arasında olan balansa sadiqliyimizi bir daha təsdiqləmiş olur. Dörd il əvvəl kommersiya istismarı başlanandan bəri TAP Avropaya təbii qazın etibarlı tədarükünü təmin etməklə azkarbonlu gələcəyə keçiddə mühüm rol oynayır, yüksəkkarbonlu enerji mənbələrinin əvəzlənməsinə və Avropanın “yaşıl” sazişinin hədəflərinə nail olmağa dəstək olur”.

TAP-ın genişlənməsinin ilk mərhələsinə nail olmaq üçün lazımi işlərin hər hansı gecikmə olmadan aparıldığını vurğulayan Luka Skyepatti qeyd edib ki, kəmərin illik, təxminən, 10 milyard kubmetr olan uzunmüddətli gücü əvvəlcə 2013-cü ildə 25 illik müddətə bağlanmış qaz nəqli üzrə uzunmüddətli müqavilələr əsasında yükgöndərənlər arasında bölüşdürülüb. Bu müqavilələrin layihəyə investisiyaların təmin olunması üçün vacib olduğunu deyən konsorsium rəhbərinin sözlərinə görə, qaz kəmərinin cari ötürücülük qabiliyyəti tədricən genişləndirilsə, TAP Avropanın enerji təhlükəsizliyinə və karbonsuzlaşdırma hədəflərinə daha böyük töhfə verə bilər. O deyib ki, 2021-ci ildə keçirilən bazar sınağının nəticələrinə əsasən, 2024-cü ilin yanvar ayında yekunlaşan məcburi müraciətlərin qəbul edilməsinin 2026-cı ilin əvvəlindən etibarən qaz kəmərinin gücünü illik əlavə 1,2 milyard kubmetr həcmində artırmağa imkan verəcək. İcraçı direktor əlavə edib ki, genişləndirmənin birinci mərhələsi gələcəkdə gücün daha da artırılması üçün zəmin yaradar və bu proses növbəti bazar sınaqlarında iştirak vasitəsilə mərhələli şəkildə həyata keçirilə bilər.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.

XXI əsrin nəhəng enerji dəhlizinin açılışı isə 2018-ci il mayın 29-da Bakıda baş tutub. Azərbaycan qazının Avropaya ixracına isə 2020-ci il dekabrın 31-də başlanıb. 2021-ci ildə “köhnə qitə”yə ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə 12 milyard kubmetr, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib.

Cənub Qaz Dəhlizinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.

“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.

Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri