Icma.az
close
up
RU
Cənub Qaz Dəhlizi və enerji təhlükəsizliyindən geosiyasi sabitliyə uzanan strateji körpü

Cənub Qaz Dəhlizi və enerji təhlükəsizliyindən geosiyasi sabitliyə uzanan strateji körpü

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın enerji diplomatiyası ölkənin beynəlxalq arenada mühüm rolunu daha da gücləndirən və geosiyasi müstəvidə təsirli vasitəyə çevrilən alət olaraq ön plana çıxır.  Bu sahədəki ən önəmli təşəbbüs isə şübhəsiz, Cənub Qaz Dəhlizi layihəsidir.  11-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası və 3-cü Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin toplantısının Bakıda keçirilməsi Azərbaycanın regional və qlobal enerji siyasətindəki strateji əhəmiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.  Bu toplantılar yalnız enerji təhlükəsizliyi məsələlərini müzakirə etməkdən ibarət deyildi, onlar ölkələr arasında etimadın möhkəmləndirilməsi, strateji tərəfdaşlığın inkişaf etdirilməsi və çoxvektorlu enerji bazarının təməlini qoyan fundamental bir platforma kimi fəaliyyət göstərdi.

Prezident İlham Əliyevin bu konfransdakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın enerji diplomatiyasının həm iqtisadi, həm də siyasi və geosiyasi cəhətdən necə əhəmiyyətli bir vasitəyə çevrildiyini göstərdi.  Azərbaycanın geosiyasi mövqeyi bu gün enerji təhlükəsizliyinin təmin edilməsi və regional sabitliyin və beynəlxalq əlaqələrin gücləndirilməsi ilə bağlıdır.  Prezident İlham Əliyev öz çıxışında “bizə daha çox yer lazım olacaq” – deyərək, Cənub Qaz Dəhlizi layihəsinin coğrafi və siyasi cəhətdən daha da genişlənməkdə olduğunu vurğuladı.  Bu ifadə Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsinin yalnız regional bir məsələ olmadığını, Avropa və digər regionlarda strateji təsir yaratmaq baxımından mühüm bir vasitə olduğunu göstərir. 

Cənub Qaz Dəhlizi layihəsi enerji resurslarını təchiz etmək məqsədi daşıyır və Azərbaycanın regional və qlobal səviyyədəki geosiyasi sabitlik və nüfuzunu artırmaq niyyətinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihə Avropaya alternativ enerji mənbələri təklif etməklə yanaşı, regiondakı siyasi və iqtisadi sabitliyi də dəstəkləyir. Azərbaycanın Avropa bazarlarına qaz ixracatını artırması enerji təhlükəsizliyini təmin edir və Avropa ilə siyasi etimadın qurulmasına zəmin yaradır. Cənub Qaz Dəhlizi Avropanın enerji idxalının diversifikasiyası məqsədini güdür və xüsusilə Rusiya ilə enerji sahəsindəki asılılığın azaldılması məsələsində mühüm addım atılmasını təmin edir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan artıq "Pan-Avropa qaz təchizatçısı" statusunu əldə edib. 

Prezidentin çıxışında beynəlxalq maliyyə institutlarına ünvanladığı açıq mesaj ondan ibarətdir ki, yaşıl gündəmlə paralel şəkildə klassik enerji layihələrinə qarşı diskriminasiyaedici yanaşmalar aradan qaldırılmalıdır. Əks halda, neft və qaz hasilatına yatırımlar azalacaq və bu, ciddi qıtlığa, həm də yeni geosiyasi təhdidlərə yol aça bilər.Bu fikirlər, əslində, Azərbaycanın COP29 zamanı səsləndirdiyi əsas mesajlardan biri ilə üst-üstə düşür: faydalı qazıntılara malik olan ölkələrlə malik olmayanlar arasında ayırıcı xətlər deyil, körpülər qurulmalıdır. Azərbaycanın həm karbohidrogen resurslarını, həm də bərpaolunan enerji potensialını paralel inkişaf etdirməsi bu yanaşmanın praktiki nümunəsidir. ­Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətində dərin strateji planlamanı, enerji təhlükəsizliyinə sistemli yanaşmanı və yaşıl gündəmin dövlət prioritetinə çevrilməsini nümayiş etdirir. Çıxışda üç əsas istiqamət – yeni hasilat imkanları, Avropa ilə enerji əməkdaşlığı və bərpaolunan enerji sahəsində irəliləyişlər – aydın şəkildə önə çıxır.

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Abşeron” kimi nəhəng yataqlarda yeni hasilat fazalarının başlanması Azərbaycanın enerji istehsalı imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, “Abşeron” yatağında ikinci fazanın gündəmə gəlməsi və hasilatın 3 milyard kubmetrə qədər artırılması ölkənin qaz ixrac potensialını yüksəltməklə yanaşı, Avropa enerji bazarında Azərbaycan qazının çəkisini artırır. Bu kontekstdə Prezidentin vurğuladığı iki əsas meyar – interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi – Azərbaycanın Avropa ilə enerji inteqrasiyasını dərinləşdirmək məqsədi daşıyır. Bu da bir tərəfdən enerji infrastrukturunun inkişafı, digər tərəfdən isə siyasi etibarlılığın təminatı kimi qiymətləndirilə bilər.

Avropa Komissiyası ilə 2022-ci ildə imzalanan memorandum və onun nəticəsi kimi Azərbaycan qazının Avropaya ixracında 60 faizlik artım Azərbaycanın enerji diplomatiyasının uğurlu nümunəsi hesab oluna bilər. Bu, Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksələn ixrac həcmi ümumi 25 milyard kubmetrlik qaz ixracatının yarısından çoxunu təşkil edir ki, bu göstəricilər Cənub Qaz Dəhlizinin təkcə enerji layihəsi deyil, eyni zamanda, geostrateji əməkdaşlıq platforması olduğunu sübut edir.

Prezident Əliyev yaşıl enerji sahəsindəki təşəbbüsləri Azərbaycanın daxili enerji siyasəti və xarici enerji diplomatiyası arasında körpü kimi təqdim edir. 2030-cu ilə qədər 6 giqavat külək və Günəş enerjisinin istehsalı Qarabağ və Şərqi Zəngəzurda 500 meqavatlıq su elektrik stansiyaları ilə birlikdə 6.5 giqavatlıq yaşıl enerji potensialı formalaşdırmaq ölkənin enerji ixracında qaz ehtiyatlarını artırmaq baxımından həlledici olacaq. Bu yanaşma isə  ənənəvi enerji diplomatiyasının yaşıl enerji diplomatiyasına çevrilməsinin Azərbaycan versiyasıdır və belə  dəyişikliklər Azərbaycanın beynəlxalq nüfuzuna əlavə dəyər qatmaqla onun COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsini əsaslandırır.

Yaşıl kabel layihəsi isə Azərbaycanın yaşıl enerjisini Avropaya birbaşa ötürmək imkanlarını gündəmə gətirir. Prezidentin maliyyə dəstəyi ilə bağlı çağırışı beynəlxalq təsisatlara praktiki əməkdaşlıq və siyasi iradənin koordinasiyası çağırışıdır. Bu mərhələdə Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda, bərpaolunan enerji təşəbbüskarı rolunda çıxış edir və Azərbaycanın enerji diplomatiyasının həm reallığa, həm də geosiyasi məqsədlərə söykənən strateji yönəlməyini göstərir.

Məşvərət Şurası çərçivəsində regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın sistemli formatda davam etməsi enerji sahəsində çoxtərəfli diplomatiyanın inkişaf etdiyindən xəbər verir. Bu, həmçinin  Azərbaycanın təkcə iqtisadi aktor kimi deyil, diplomatik lider kimi də çıxış etdiyini göstərir. Bu çıxışın təhlili sübut edir ki, Azərbaycan enerji siyasətini və diplomatiyasını paralel şəkildə, dinamik və strateji baxışla formalaşdırır. Enerji hasilatının artırılması, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq vasitəsilə Azərbaycan özünü regional lider və qlobal tərəfdaş kimi möhkəmləndirməkdədir. Reallığa əsaslanan praqmatik yanaşma və enerji siyasətinin siyasətə, diplomatiyaya və iqtisadi artıma inteqrasiya olunması Prezident İlham Əliyevin çıxışında aydın görünür.

Şəbnəm ZEYNALOVA, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri