Icma.az
close
up
RU
Cənubi Koreya Prezidenti Koreya yarımadasında yeni dialoq təşəbbüsü üçün BMT dən dəstək istəyib

Cənubi Koreya Prezidenti Koreya yarımadasında yeni dialoq təşəbbüsü üçün BMT dən dəstək istəyib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 24 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Cənubi Koreya Prezidenti İ Ce Myunq BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Prezident İ Ce Myunq Şimali Koreyanın dialoq yolu ilə nüvəsizləşdirilməsinə nail olmaq üçün Cənubi Koreyanın təşəbbüslərinə BMT-dən dəstək istəyib. Cənubi Koreya lideri Koreya yarımadasında qarşıdurmaya son qoymaq və yeni sülh dövrünü açmaq üçün mübadilə, normallaşma və nüvəsizləşdirmə mərkəzli dialoq təşəbbüsünü təqdim edib.

"Prezident Koreya yarımadasında sülhün və təhlükəsizliyin birbaşa qlobal sülh və təhlükəsizliklə bağlı olduğunu bildirib, münaqişə və qarşıdurmadan dialoqa və əməkdaşlığa doğru irəliləməkdə BMT-dən dəstək istəyib", - deyə Prezidentin ofisinin açıqlamasında deyilir.

Ofisdən verilən məlumata görə, BMT Baş katibi Antonio Quterreş Prezident İ Ce Myunq administrasiyasının Şimali Koreya siyasətini müdrik yanaşma kimi qiymətləndirib və BMT-nin fəal dəstəyinə söz verib, eyni zamanda, Seul ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini deyib.

Danışıqlar zamanı Cənubi Koreya lideri İ Ce Myunq Antonio Quterreşin BMT-nin islahat gündəminə dəstəyini ifadə edib, Cənubi Koreyanın təşkilatın daha səmərəli quruma çevrilməsinə kömək etmək üçün üzərinə düşəni edəcəyinə söz verib. O, həmçinin yardım alan dövlətdən donor ölkəyə çevrilən Cənubi Koreyanın BMT-nin dəstəyi ilə qlobal problemlərin həllində daha da böyük rol oynayacağını bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri