Cənubi Koreya Prezidenti KXDR nin nüvə proqramının dondurulmasını təklif edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyanın nüvə və raket proqramlarının dondurulması barədə razılığa gəlməyi, daha sonra isə nüvəsizləşdirmə istiqamətində irəliləməyi təklif edib.
AZƏRTAC xəbər verir ki, Li Çje Myon bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
Cənubi Koreya lideri Seulun ABŞ və KXDR arasında dialoqu dəstəklədiyini, həmçinin Koreya müharibəsinə son qoyan atəşkəsi əvəzləyəcək “Koreya yarımadasında sülh rejiminin” yaradılmasına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, proses əvvəlcə KXDR-nin nüvə və raket proqramlarının inkişafının dayandırılması, orta müddətdə silahların azaldılması və uzunmüddətli perspektivdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə davam etməlidir.
Qeyd edək ki, KXDR-də nüvəsizləşdirmə çağırışları ölkənin konstitusiya quruluşuna təhdid kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Sentyabr 2026 06:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















