Icma.az
close
up
RU
Cənubi Koreya Prezidentinin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib

Cənubi Koreya Prezidentinin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 20 fevral, AZƏRTAC

Cənubi Koreya Prezidenti Yun Sok Yolun ittiham olunduğu qiyam təşkili üzrə cinayət işi ilə əlaqədar ilk məhkəmə iclası keçirilib.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Seul mərkəzi rayon məhkəməsində keçirilmiş iclasda Prezident Yun Sok Yol da iştirak edib. Yun Sok Yol prezidentlik müddətində cinayət işi üzrə ittiham olunan ilk şəxsdir.

Hazırlıq xarakteri daşıyan iclas cəmi 13 dəqiqə davam edib və növbəti iclasın martın 24-də keçirilməsinə qərar verilib.

Prezidentin vəkilləri cinayət işi üzrə bütün materiallarla tanış olmadıqlarını bildiriblər. Onlar, həmçinin keçmiş müdafiə naziri də daxil olmaqla hərbi vəziyyət tətbiqində təqsirləndirilən digər şəxslərin cinayət işlərinin Prezidentin cinayət işi ilə birləşdirilib-birləşdirilməməsi ilə bağlı mövqelərini açıqlamayıblar. Prokurorluq isə məhkəmələrin ayrı-ayrılıqda aparılmasının daha məqsədəuyğun olacağını iddia edərək işlərin birləşdirilməsinə etiraz edir.

İclas bitəndən sonra məhkəmə Yun Sok Yol həbsdən buraxılması ilə bağlı müraciətinə baxıb. Onun vəkilləri Prezidentin həbsdə saxlanılmasının qanunsuz olduğunu iddia etsə də, prokurorluq bu iddianı rədd edib. Prokurorlar sərbəst buraxılacağı halda Prezidentin cinayət işi üzrə sübutları məhv edəcəyini düşünür. Məhkəmə hər iki tərəfə növbəti 10 gün ərzində əlavə rəy bildirməyi əmr edib.

Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı apardığı müddətdə suallara cavab verməkdən imtina edib. Sonradan istintaq prokurorluğa ötürülüb. Prokurorluq kifayət qədər dəlil olduğu üçün Prezidenti ölkədə qiyam təşkilində təqsirli bilərək, rəsmi ittiham elan edib. Əgər məhkəmənin gedişində Prezidentin cinayət əməlləri sübuta yetirilərsə, o, ya ömürlük azadlıqdan məhrumetmə, ya da edam cəzasına məhkum ediləcək.

Dekabrın 14-də müxalifətin üstünlük təşkil etdiyi parlament Yun Sok Yol haqqında impiçment qərarı qəbul edib. O, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Yanvarın 14-də Konstitusiya Məhkəməsində impiçment məsələsi ilə əlaqədar başlayan proses hazırda yekun mərhələdədir. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri