Cənubi Koreyada vəziyyət gərginləşib VİDEO (FOTOLAR)
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika peyda olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada bütün siyasi partiyaların və Milli Assambleyanın fəaliyyətinə qadağa qoyulub.
Bütün media üzərində nəzarətin tətbiq ediləcəyi də bildirilir. Xüsusi təyinatlılarla etirazçılar arasında ilk toqquşmalar baş verib.
Cənubi Koreyanın paytaxtı üzərində hərbi helikopterlərin patrul etdiyi, zirehli texnikanın isə küçələrlə hərəkət etdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, xüsusi texnikanın bir neçə kolonnası Milli Assambleyanın binasına doğru gedirmiş, burada etirazçılar hazırda əsas binaya keçməyə çalışırlar. Seul səmasında helikopterlər də görünüb.
Qeyd olunur ki, zabitlər bütün batalyonlara ayıq-sayıq olmaq əmri veriblər.
Baxış sayı:88
Bu xəbər 03 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















